Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

26.10.2024 [14:28]

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 25-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Neftçala, Salyan, Şirvan və Hacıqabul rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30