İstilik təchizatı ilə bağlı hazırlıqlar...
23.10.2024 [07:28]
Qazanxanalar noyabrın 15-dən tez işə salına bilər?
Artıq bir neçə gündür ki, havalar soyuyub. Xüsusilə yağışlı və küləkli günlər davam etməkdədir. Belə olan halda mənzillərdə istiliyə olan tələbat da artmağa başlayıb. Bakıda istilik təchizatı ilə bağlı hazırlıqlar necə gedir? Ümumiyyətlə bu il üçün hansı yeniliklər nəzərdə tutulur və istilik sistemlərinin tez verilməsi mümkündürmü?
Mövzu ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Mətbuat katibi Elvin Basqallı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Azəristiliktəchizat” ASC-nin balansında 564 qazanxana var. O, qeyd edib ki, 3871 yaşayış binası və 184 mindən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir: “Hər il payız-qış mövsünə hazırlıq, mövsüm yekunlaşdıqda isə növbəti mövsümə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində isə qazanxanalara baxış keçirilir, avadanlıqlar yoxlanılır. Magistral və məhəllədaxili xətlər hidrovlik təzyiqlə yoxlanılır. Lazımi yerlərdə əsaslı təmir işləri aparılır və yenilənmələr həyata keçirilir”.
İstilik təchizatında yeniliklər olacaq...
E.Basqallı həmçinin onu da vurğulayıb ki, bu il üçün əsas fərq və yenilik paytaxtın 4 rayonunda ümumilikdə 5 qazanxana yenidən qurulur: “Paytaxtın Səbail, Nərimanov və Nizami rayonlarında 4 qazanxana yerində isə müasir tipli qazanxanalar inşa olunmaqdadır. Eyni zamanda Səbail rayonunda bir qazanxana da zirzəmidən çıxarılaraq yeni layihə əsasında hazırlanır. Həmin qazanxanaların ətrafındakı məhəllədaxili xətlər də dəyişdirilir. İstiliklə təmin olunan binaların aşağı altpaylayıcı xətləri də dəyişdirilir. Bu da daha keyfiyyətli istilik xidmətinə imkan verəcək”.
İstilik bu halda tez verilə bilər
“Azəristiliktəchizat” sözçüsü istilik sistemlərinin noyabrın 15-dən öncə işə salınması ilə bağlı məsələyə də aydınlıq gətirib: “2023-cu il 5 sentyabr tarixində Nazirlər Kabineti (NK) istilik enerjisindən istifadə qaydalarını təsdiqləyib. Bu qaydalara əsasən, istilik sistemlərinin verilməsi hər il noyabrın 15-dən başlayır və növbəti il aprelin 15-də yekunlaşır. Lakin 14 dağlıq və dağətəyi rayonlarımızda istilik sistemlərinin verilməsi noyabrın 1-i başlayır və növbəti il mayın 1-də yekunlaşır. Əgər vaxtından əvvəl havanın temperaturu 5 gün ardıcıl şəkildə 8 dərəcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də proqnozuna görə, temperatur növbəti günlərdə də aşağı düşərsə, bu halda qazanxanaların vaxtından əvvəl işə salınmasına baxıla bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

