Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib

Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib

18.10.2024 [15:53]

Oktyabrın 18-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün tövsiyələrini veriblər.

Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30