Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
16.10.2024 [17:40]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin təhsil problemlərinin həllini daim diqqətdə saxladığını, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin, xüsusən Heydər Əliyev Fondunun icra etdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan komitə sədri Böyük Qayıdış prosesində də təhsillə bağlı məsələlərin hərtərəfli əhatə olunduğunu bildirib.
Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir. Onların davamlı təhsil alması üçün həmin yerlərdə təhsil müəssisliləri tikilib istifadəyə verilib və fəaliyyətə başlayıb. İstər Böyük Qayıdış çərçivəsində əvvəlki daimi yaşayış yerlərinə qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan ailələrin övladlarının müasir səviyyədə təhsil almasında ictimai dəstəyin vacibliyi qeyd edilib.
“Baku Design Academy”nin rəhbəri, həmçinin Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib. Qeyd edilib ki, maarifləndirmə proqramı vasitəsilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq. Gənclərin təhsili və inkişafı məqsədilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, IT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq.
Görüşdə doğma yurda qayıtmış və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin təhsilinə “Facemark” şirkətinin KOBSKA ilə birlikdə dəstək vermək təşəbbüsü təqdir edilib və Dövlət Komitəsinin bu təşəbbüsü dəstəklədiyi, onun uğurla həyata keçirilməsində kömək etməyə hazır olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

