Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Paytaxtın daha bir küçəsində mikromobillik zolağı bərpa edilir

Paytaxtın daha bir küçəsində mikromobillik zolağı bərpa edilir

16.10.2024 [16:40]

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.

AYNA-dan bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aidiyyəti üzrə müraciət edilib.

Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.

Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31