Canlarını oda atanlar...
10.10.2024 [08:38]
Yanğınla mübarizə aparanların peşə bayramıdır
Yanğınsöndürənlərimiz çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Onlar baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün son dərəcədə mühüm peşəkarlıq nümayiş etdirirlər. Bu gün yanğın təhlükəsizliyi orqanları ölkəmizdə əhalinin təhlükəsiz yaşamasının, iş və istirahətinin təmin olunması üçün qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Uzun illər ərzində bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb. 2002-ci il oktyabr ayının 5-də isə Heydər Əliyev oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
Ulu öndər Azərbaycana rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını daim diqqətdə saxlayıb, bu sahədəki problemlər öz həllini tapıb. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ulu Öndər ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülüb. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşıb, təminat və təchizat məsələləri öz həllini tapıb.
Bu gün də yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi iş prosesinin təkmilləşdirilməsinə, baş verən yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar edib. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi oldu. Qardaş ölkədə təbii fəlakətlərin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə gedən FHN yanğınsöndürücüləri əsl qardaşlıq örnəyi nümayiş etdiriblər.
Bütün bunlar FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri sərgiləyən yanğınsöndürənlərinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir. Onlar həmişə olduğu kimi, bu gün də Prezidentin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə və operativ formada yerinə yetirirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55

