Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

04.10.2024 [19:57]

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Kürdəmir rayonunun Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenisi ilə əvəzlənir.

AZƏRTAC İB-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görülən işlər abonentlərin qaz təchizatının yaxşılaşdırılması, payız-qış mövsümündə yaranan problemlərin qarşısının alınmasına hesablanıb.

Vaxtilə pərakəndə şəkildə çəkilən, hazırda korroziyaya uğrayan qaz xətlərinin əvəzlənməsi İB-nin Təmir-Tikinti İdarəsinə həvalə edilib. Uzunluğu 15 min metr olan çəkiləcək yeni qaz xəttinin icrası üçün çox sayda işçi qüvvəsi və maşın-mexanizmlər əraziyə cəlb olunub.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30