Hədəf korrupsiyasız həyatdır!
04.10.2024 [09:51]
Komissiyanın hüquqları artırılır...
Dövlətin və cəmiyyətin inkişafına mane olan neqativ amillərə qarşı mübarizə gücləndirilir
Hüquqi dövlət quruculuğu istiqamətində davamlı və effektiv fəaliyyət nümayiş etdirən Azərbaycan müasir çağırışları özündə əks etdirən addımlar atır. Qeyd olunmalıdır ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Ölkənin inkişafını, sosial rifahın artmasını və beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsini, paralel olaraq Cənubi Qafqazın aparıcı siyasi aktoruna çevrilməsini təmin edən uğurlu dövlət siyasətinin ən mühüm ştrixlərindən sayılan korrupsiyaya qarşı mübarizə bütövlükdə cəmiyyətdə və dövlətdə şəffaflığın təmininə xidmət göstərir. Strategiyanın məqsədi yalnız cinayətkar fəaliyyətlərin qarşısını almaq deyil, həm də ictimai həyatın bütün sahələrində şəffaflığı təmin etməkdir. Bununla dövlətin və cəmiyyətin inkişafına mane olan neqativ amillərin aradan qaldırılması hədəflənir.
Şəffaflığın təmini istiqamətində addımlar atılır...
Vurğulanmalıdır ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə çərçivəsində çoxsaylı tədbirlər həyata keçirib - ölkədə elektron hökumət sistemlərinin genişlənməsi bu mübarizənin əsas elementlərindən biri sayılır. Xidmətlərin elektronlaşdırılması və rəqəmsallaşdırılması vasitəsilə dövlət orqanları ilə vətəndaşlar arasında əlaqə şəffaflaşdırılıb, aradakı vasitəçilik halları minimuma endirilib. Məsələn, “ASAN xidmət” modeli vətəndaşların dövlət xidmətlərindən daha sürətli və şəffaf şəkildə faydalanmasına imkan yaradır. Bu xidmətin tərkibində göstərilən çoxsaylı elektron xidmətlər korrupsiya risklərini ciddi şəkildə azaldır.
Daha bir mühüm addım kimi, maliyyə nəzarətinin və dövlət satınalmalarının şəffaflığının artırılması istiqamətində tədbirlər diqqət çəkir. Bu sahədə dövlət büdcəsi və ictimai vəsaitlərin istifadəsinə nəzarət edən yeni mexanizmlər tətbiq olunub. Bütün bu tədbirlər korrupsiya risklərinin qarşısının alınması üçün əhəmiyyətli rol oynayır və idarəetmədə şəffaflığı artırır.
Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işi də mütəmadi şəkildə diqqətdə saxlanılır - çünki bu qlobal bəlaya qarşı mübarizənin hüquqi çərçivəsinin təkmilləşdirilməsi prosesin mərkəzində dayanır. Azərbaycan Respublikasında qəbul edilən “Korrupsiyaya Qarşı Mübarizə haqqında” Qanun və onun tətbiqi üzrə yaradılan dövlət strukturları bu sahədəki əsas hüquqi alətlərdir. Bu qanun, korrupsiyanın önlənməsi və cəzalandırılması üçün hüquqi baza təşkil edir. Bundan başqa, ölkədə korrupsiyaya qarşı mübarizə üzrə yeni komissiyalar və müstəqil nəzarət strukturları yaradılıb.
Qanuna təklif olunan dəyişikliyə əsasən...
Korrupsiyaya qarşı mübarizə uzunmüddətli dövlət strategiyasının aparıcı ünsürlərindən sayılır - korrupsiya dövlət idarəçiliyində şəffaflığa zərbə vurmaqla, iqtisadi inkişafı əngəlləyən və sosial bərabərsizliyi dərinləşdirən bir amilə çevrilməklə yanaşı, cəmiyyətdə qarşılıqlı etimadın aradan qalxmasına, inamın sarsılmasına yol aça bilər. Bu təhlükənin qarşısını almaq üçün isə korrupsiyaya qarşı ardıcıl mübarizə tədbirləri həyata keçirilməlidir və keçirilir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının hüquqları artırılır. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bir neçə gün öncə keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Komissiyanın hüquqları sırasına dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil etmək və nəticələrinə uyğun olaraq tövsiyələr vermək, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirilməsinin nəticələri barədə ictimaiyyətə məlumat vermək daxil edilib. Qeyd edək ki, Komissiyanın üzvü Komissiyadakı vəzifələrin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir. Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Eyni zamanda, Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər. İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclasına çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.
Cəmiyyət fəal rol oynamalıdır
Bəli, Azərbaycanın strateji hədəfi korrupsiyaya qarşı mübarizəni davamlı edərək, cəmiyyətdə korrupsiyasız həyat tərzini təmin etməkdir. Bu hədəf cəmiyyətin hər sahəsində - təhsil, səhiyyə, məhkəmə sistemi və digər dövlət xidmətlərində korrupsiya risklərinin tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Şəffaflıq prinsiplərinin gücləndirilməsi və ictimai nəzarətin artırılması yolu ilə bu məqsədə nail olmaq mümkündür. Korrupsiyaya qarşı mübarizə sadəcə cəzalandırma ilə məhdudlaşmamalı - onun qarşısını almağa yönəlmiş maarifləndirici tədbirlər də paralel aparılmalıdır. Bu çərçivədə korrupsiyaya qarşı sosial kampaniyaların həyata keçirilməsi, vətəndaşların məlumatlandırılması və məmur-vətəndaş münasibətlərində şəffaflığın gücləndirilməsi diqqət mərkəzindədir. Cəmiyyətin bütün təbəqələri - vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və iş dünyası bu mübarizədə fəal rol oynamalıdır. Vətəndaşların bu prosesdə iştirak etməsi, təhlükənin qarşısını almaq üçün çalışması mübarizənin effektivliyini artırır.
Mübarizə ilə bağlı qanunverici aktlar, beynəlxalq tərəfdaşlıq...
Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanuni aktların qəbul olunması ilə yanaşı, ölkəmiz həm də bu sahədə beynəlxalq aləmlə də yaxından tərəfdaşlıq edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Sənəddə vurğulandığı kimi, korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir. Burada respublikamızın hazırkı inkişaf mərhələsinin reallıqları əsas götürülməklə qabaqcıl dünya təcrübəsi nəzərə alınıb. Sənəddə qeyd olunur: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır”.
Paralel olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i arasında da korrupsiyaya qarşı mübarizə məsələsi xüsusi yer tutur. Milli Prioritetlərin birinci - “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” müddəasında göstərilir ki, kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.
Beynəlxalq tərəfdaşlığa gəldikdə isə, Azərəbaycan Beynəlxalq Anti-Korrupsiya Təşkilatı ilə əməkdaşlıq edir. eyni zamanda ölkəmiz BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasını imzalayıb. Beləliklə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar, qanunverici aktlar, fəaliyyət proqramları və beynəlxalq əməkdaşlıqlar, dövlətin bu sahədə ciddi yanaşmasını göstərir. Dövlət, korrupsiyanın qarşısını almaq üçün müvafiq hüquqi çərçivələr yaradıb və beynəlxalq təcrübədən faydalanır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

