Xəzərdə İran vətəndaşı qayıqla sərhədi keçməyə cəhd edib, atəş açılıb - VİDEO
19.09.2024 [14:02]
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yeniazerbaycan.com-a verilən məlumata görə, sentyabr ayının 10-da saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.
Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb.
Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

