Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mənzil alarkən nələrə dıqqət yetirilməlidir?

Mənzil alarkən nələrə dıqqət yetirilməlidir?

24.04.2024 [11:25]

Bütün insanlar xəyallardakı mənzilə sahib olmaq istəyir. Lakin mənzil alarkən diqqətli olduğumuz bir çox vacib  məqamlar var ki, diqqətsiz yanaşdıqda arzulamadığımız nəticələrlə qarşılaşa bilərik. Mütəxəssislər qeyd edir ki, mənzil istər ipoteka, istərsə də nağd alış zamanı icbari sığortalanmalıdır. Yaşayış binasında insan həyatı üçün ən rahat və sağlam şərait olmalıdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, insanların  yaşayış mənzilinin əldə etməsi məsələsinə bütün dünyada olduqca ciddi yanaşılır: "Hər bir insan çalışır ki, mənzil olduqca rahat və istədiyi kimi olsun. Bunların içərisində ən önəmlisi mənzilin keyfiyyətli şəkildə inşa  edilməsidir. Təbii ki, hər bir vətəndaşın bu məsələlərlə yaxından tanış olması çox da rast gələn hallardan deyil. Beynəlxalq təcrübədə belə bir hal var ki, insanlar hər hansı bir mənzil alanda xüsusi şirkətlərə müraciət edir və qərarların düzgün olduğuna əmin olurlar. Bu baxımdan Azərbaycanda şirkətlər tam inkişaf etməyib, lakin yaxın müddətlərdə bu istiqamətdə də fəaliyyət göstərən şirkətlərin daha aktiv şəkildə işlərə başlanacağı gözləniləndir".

Ev alarkən  diqqət yetirməli olduğumuz məsələlərdən  biri də binanın təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasıdır.

Ekspert onu da bildirir ki, vətəndaşlar öz fəaliyyət tarixində müəyyən problemlərlə üzləşmiş binalardan mənzil almaq düşüncələrindən uzaq durmalı, sənədsiz evlərə  daha ehtiyatlı yanaşmalıdır: "Hər hansı bir texniki problemlə üzləşdikdə vətəndaş həmin problemi aradan qaldırmaq üçün müvafiq İcra hakimiyyətlərinə müraciət etməlidir".

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31