Memarlığımızın bitib-tükənməyən milli ruhu...
10.04.2024 [11:30]
10 Aprel - İnşaatçılar Günüdür
İnşaat sektorunun inkişafı hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən amillərdən sayılır. Bu sahə dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illər Azərbaycan tikinti sektorunda gedən canlanma və dinamik inkişaf da bunun sübutudur.
Yeri gəlmişkən, bu gün - aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Qədim tarixə malik memarlıq abidələrimiz...
Azərbaycanda tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.
Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.
Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı sürətlənib. Şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olub, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənib. Bu da nəticə etibarilə yeni iş yerlərinin açılmasına, məşğulluq məsələlərinin həllinə və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.
Ötən il istifadəyə verilən mühüm obyektlər...
2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” və s. istifadəyə verilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 524,8 milyon manatı (95,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç, İran və Fransa sərmayədarlarına məxsus olub. 2023-cü ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16 faizini əsaslı təmir, 8 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Metro inşaatçılarının əməyi...
İctimai sərnişindaşımada vacib rol oynayan Bakı Metropolitenin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər. Ən qədim peşələrdən sayılan bu sahə yerin üstü kimi, altında da daim aktual, mühüm mövqe tutur. Bakı Metropoliteninin hər gün minlərlə sərnişinə yüksək səviyyədə xidmət göstərməsi məhz metro tikintisində gecə-gündüz demədən çalışan insanların əməyinin nəticəsidir. Metro inşaatçıları 2023-cü ilini sonlarını da xüsusi bayram kimi qeyd etdilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası istismara verildi.
Azad olunmuş ərazilərə yeni həyat verilir
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Yurd yerlərimizdə yeni evlərin, kəndlərin salınmasına başlanılıb və bu işlər xüsusi nəzarət altında icra olunur. Ümumilikdə, 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Azad olunan bütün yaşayış yerləri zamanla sakinlərini qarşılamağa hazır olacaq.
Ölkəmizdə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib-tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54

