Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir

Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir

17.06.2021 [12:15]

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq və regional təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə səmərəli əlaqələrini genişləndirməkdə davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) rəhbərlik etdiyi nümayəndə heyəti cari il iyulun 16-17-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş üzv ölkələrin korrupsiyaya qarşı mübarizə qurumlarının və ombudsmanlarının 4-cü iclasında iştirak edib.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov iştirak ediblər.

Tədbirin açılışında Özbəkistanın rəhbər vəzifəli şəxsləri, eləcə də İƏT katibliyinin səlahiyyətli nümayəndəsi çıxış ediblər.

Türkiyə, Pakistan, İran və təşkilata üzv olan digər ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin, ombudsmanlarının və digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş birinci hissəsində üzv ölkələrin nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində milli kontekstdə əldə etdikləri nailiyyətlər barədə məlumat verib, bu sahədə səmərəliliyin artırılmasında beynəlxalq əməkdaşlığın rolunu xüsusi vurğulayıblar.

Natiq Eyvazov tədbirdə çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan Prokurorluğunda həyata keçirilmiş hüquqi-institusional islahatlar barədə məlumat verib.

Sonda görüşün yekun hesabatı və Daşkənd Bəyannaməsi qəbul edilib.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30