Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eva-Mariya Aux: Region inkişaf edir, Ermənistan da inkişaf etmək istəyirsə, əməkdaşlığa razılaşmalıdır

Eva-Mariya Aux: Region inkişaf edir, Ermənistan da inkişaf etmək istəyirsə, əməkdaşlığa razılaşmalıdır

13.04.2021 [19:54]

Azərbaycan Prezidenti İlham Əliyevlə bugünkü görüşümüz çox maraqlı alındı. Çünki dövlət başçısı müxtəlif ölkələrdən olan ekspertlərlə səmərəli fikir mübadiləsi apardı, onların suallarını yerindəcə cavablandırdı. Azərbaycan Prezidenti bütün suallara çox səmimi və açıq şəkildə cavab verdi. Prezident İlham Əliyev təkcə Qarabağın gələcəyinə deyil, həmçinin bütün regionun gələcəyinə diqqət çəkdi. Azərbaycan Prezidenti Ermənistanı, Gürcüstanı və ümumilikdə beynəlxalq ictimaiyyəti regionda sülhün bərqərar olmasında iştiraka dəvət etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Almaniyanın Berlin Humboldt Universitetinin Berlin-Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux deyib.

“Hər iki ölkə bu günədək Moskva Bəyanatına əsaslanaraq hərəkət edir. Əlbəttə, növbəti addım sülh sazişi olmalıdır. Bu isə qurulacaq əməkdaşlığa əsaslanacaq. Biz ümid edirik ki, Ermənistanda və xaricdə olan diasporlar başa düşsünlər ki, region inkişaf edir, Ermənistan özü də inkişaf etmək istəyirsə, əməkdaşlığa razılaşmalıdır”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31