Diasporumuzun koordinasiyalı fəaliyyəti
03.05.2024 [10:40]
İtaliyada Azərbaycan icması ilə görüş...
Günümüzün reallıqlarından biri diaspor quruculuğu və lobbiçilik fəaliyyətidir. Dünyanın Azərbaycana və Azərbaycan həqiqətlərinə ikili standartlarla yanaşdığı bir zamanda diaspor quruculuğu və lobbiçilik dövlət siyasətimizin əsas hissələrindən birini təşkil edir. Diaspor könüllü bir sahədir. Sevindirici haldır ki, bu gün Azərbaycan diasporu və lobbiçilik fəaliyyəti doğurdan da inkişaf edir. Son illərdə bu inkişaf xüsusilə Avropada müşahidə olunur. Müxtəlif şəhərlərdə Azərbaycan Evləri açılıb, koordinasiya şuraları yaradılıb. Əvvəl çox sayda diaspor təşkilatı təsis edilmişdi, onlar pərakəndə şəkildə fəaliyyət göstərirdilər, lakin artıq bu fəaliyyət koordinasiyalı şəkildə davam edir.
Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfər çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirib. Paytaxt Romada baş tutan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fuad Muradov geniş hesabatla çıxış edib, komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya Şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri haqqında məlumat verib. O, azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb. Bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Fuad Muradov Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəal iştirakına görə İtaliyadakı Azərbaycan icmasına təşəkkür edib. Sonra komitə sədri İtaliyada yaşayan soydaşlarımızın suallarını cavablandırıb.
Sonda İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorlarının və Azərbaycan İtaliya Gənclər Assosiasiyası sədrinin seçkisi olub. Aynur Aşurova (Roma), Fidan Abdullazadə (Milan), Aysel Şəbiyeva (Malta) Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları, Kərim İsmayılov (Roma) isə assosiasiya sədri seçilib. Yeni koordinatorlar və assosiasiya sədri çıxışlarında göstərilən etimada görə təşəkkür edib, gələcək fəaliyyətləri barədə danışıblar.
İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq...
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Xaricdəki İtaliya Vətəndaşlarının İşləri və Miqrasiya Siyasətləri üzrə Baş İdarənin Baş direktoru Luici Mariya Vinyali ilə də görüşüb.
Görüş zamanı Luici Mariya Vinyali Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və dost ölkə olduğunu qeyd edib. O, uzun illər ərzində xaricdəki italyanların maraqlarının və bu ölkədən olan emiqrantların hüquqlarının müdafiəsinin təmini üçün müfəssəl diaspor infrastrukturunun qurulduğunu diqqətə çatdırıb.
Fuad Muradov İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini deyib, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, İtaliyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması ilə bağlı məlumat verib. Eyni zamanda, son dövrlər təhsil almaq məqsədilə İtaliyaya üz tutan azərbaycanlıların sayının artdığı qeyd edilib.
Görüş çərçivəsində birgə əməkdaşlıq, təcrübə mübadiləsi, mümkün tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Mədəniyyətimizin təbliği ilə bağlı layihələr
F.Muradov həmçinin qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif kitabların çapına dəstək göstərir və diaspor təşkilatları bu nəşrlərin olduqları ölkələrdə yayılmasını həyata keçirir.
F.Muradov bildirib ki, bu yaxınlarda Yaponiyada musiqi notlarından ibarət nəşr yapon dilində işıq üzü görüb və kitabda Azərbaycan musiqisi haqqında məlumat verilir. Bir neçə gün əvvəl isə Koreya Respublikasında Azərbaycan nağıllarından ibarət kitab çap olunub. Komitə bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək:
“Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsinin mədəniyyətimizin təbliği ilə bağlı layihələri var. İdeya ondan ibarətdir ki, Azərbaycandan olan məşhur musiqiçilər və ustadlar müxtəlif ölkələrə səfər etsinlər və yerli musiqiçilərlə birgə musiqi proqramları hazırlasınlar. Keçən il Berlin və Zalsburq filarmoniyalarında, eləcə də Polşa milli orkestrində bu kimi proqramlar təşkil olunub. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı musiqiçilərin ölkəmizdə konsertləri keçirilir”.
Qeyd edək ki, hazırda 15 ölkədə 29 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12

