Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur

Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur

10.04.2021 [08:47]

“44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi heç kimə sirr deyil. Biz Birinci Qarabağ müharibəsində də düşmənin oxşar hərbi cinayətlərinin şahidi olmuşuq”. Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Partiya sədrinin sözlərinə görə, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulması faktlarını inkar etmək mümkün deyil: “Bu günlərdə Şuşa şəhəri ərazisində daha çox dağıdıcı qüvvəyə malik “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur. Azərbaycan tərəfi bu faktı artıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Məsələnin ən şübhə doğuran məqamı odur ki, xarici ölkələrə satılmayan “İsgəndər-M” raketlərini Ermənistan hansı yolla əldə edib? Bu, Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi barədə ölkəmizin etirazlarının haqlı olduğunu göstərir. Belə ki, Azərbaycan hakimiyyəti rəsmi şəkildə dəfələrlə Ermənistana qeyri-qanuni silah daşınması məsələsini qaldırıb. Konkret olaraq indiki halda, bu məsələyə tam aydınlıq gətirilməli və müvafiq tədbirlər görülməlidir”.

E.Musayev onu da əlavə edib ki, Ermənistan Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir: “Müxtəlif yollarla müasir, dağıdıcı təsirə malik və qadağan edilmiş silahlar əldə edən düşmən müharibə dövründə dinc əhalini dəfələrlə raket atəşinə tutub. Bu zaman Azərbaycanın çox sayda mülki şəxsi həlak olub. Halbuki Azərbaycan tərəfi apardığı əməliyyatlar zamanı bütün beynəlxalq konvensiyalara uyğun hərəkət edib”.

Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30