Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir
22.04.2014 [10:14]
Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir.
Bu sözləri Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev AzərTAc-a məxsusi müsahibəsində demişdir.
- Cənab səfir, ölkələrimiz arasındakı ikitərəfli siyasi münasibətləri necə qiymətləndirirsiniz və bu istiqamətdə əsas prioritetlər hansılardır?
- Bu gün Azərbaycan ilə Xorvatiya arasında yüksək səviyyəli və dinamik münasibətlər mövcuddur. Ötən bir neçə il ərzində iki ölkə arasında bir çox səfərlər, o cümlədən yüksək səviyyəli səfərlər həyata keçirilmişdir. Müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanmışdır. 2013-cü ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri olmuşdur. 2012-ci ildə isə Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycana rəsmi səfər etmişdir.
Xorvatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini dəfələrlə bəyan etmiş və bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri barədə Zaqreb Bəyannaməsi”ndə bir daha əksini tapmışdır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyə malikdir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında nizamlanmasını dəstəkləyir.
Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu əməkdaşlıq, eyni zamanda, ATƏT, NATO və Avropa Şurası Parlament Assambleyasında, çoxtərəfli parlamentlərarası forumlarda da mövcuddur. İki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən Xarici İşlər nazirlikləri səviyyəsində səmərəli siyasi dialoq qurulmuşdur. 2013-cü ilin iyulunda Xorvatiya parlamentinin sədri Yosip Leko Azərbaycana rəsmi səfər etmiş və Milli Məclisin sədri Oqtay Əsədovu Xorvatiyaya rəsmi səfərə dəvət etmişdir.
Ümumiyyətlə, Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir. İl boyu həyata keçirilən qarşılıqlı səfərlərin sayı bunun bariz göstəricisidir. Aprelin 15-də Bakıda Azərbaycan ilə Xorvatiya arasında viza rejiminin sadələşdirilməsi, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi məsələləri ilə bağlı konsulluq məsləhətləşmələri keçirilmişdir. Ümidvaram ki, bu məsləhətləşmələr yuxarıda qeyd edilən məsələlərin yaxın zamanda həllinə töhfə verəcəkdir.
- Ölkələrimiz arasındakı iqtisadi-ticari və humanitar əlaqələri necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunduğu kimi, Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan, Avropa iqtisadi və hüquqi məkanına inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır və ölkəmiz xüsusilə Cənub-Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Belə ki, daha öncə qeyd etdiyim “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bu sənəd strateji tərəfdaşlar olan Azərbaycan ilə Xorvatiya arasında bütün sahələrdə, o cümlədən iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sahələrində münasibətlərin inkişafını nəzərdə tutur.
Xorvatiya geostrateji mövqeyi, çoxşaxəli iqtisadiyyatı, təbii sərvətləri, zəngin mədəniyyəti baxımından Cənub-Şərqi Avropanın önəmli ölkələrindən biridir. Xorvatiya ilə Azərbaycanın bütün əsas məsələlər üzrə mövqeləri üst-üstə düşür və gözəl siyasi münasibətləri mövcuddur. Bu cür ölkələrlə güclü iqtisadi tərəfdaşlığın yaradılması vacibdir. Bu istiqamətdə isə artıq bir sıra vacib addımlar atılmışdır.
Son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əsasən neft və neft məhsulları hesabına xeyli artmışdır. Lakin Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə də iqtisadiyyatın şaxələndirilməsini və əməkdaşlığın inkişafını vacib hesab edir. Həm Azərbaycanda, həm də Xorvatiyada ikitərəfli əmtəə dövriyyəsinin həcminin artırılması, malların siyahısının şaxələndirilməsi üçün böyük imkanlar vardır.
Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində də yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Xorvatiya “Cənub dəhlizi” layihəsi və Azərbaycan qazının Avropaya çatdırılması kontekstində Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır və məlum olduğu kimi, həm TAP, həm də İAP (İon-Adriatik) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.
Humanitar sahədə iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Xorvatiyanın Sosial Siyasət və Gənclər Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Xorvatiya Mədəniyyət Nazirliyi arasında 2014-2016-cı illəri əhatə edən mədəni əməkdaşlıq proqramı hazırlanmış və bu il imzalanması nəzərdə tutulur.
2013-cü ilin 25 iyun-5 iyul tarixlərində “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri olmuşdur. Bu il ölkəmizdə keçiriləcək UNİVİSİON musiqi yarışında xorvatiyalı gənclər də iştirak edəcəklər.
Bundan əlavə, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbəri olduğu Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyəti yaradılmış və ölkəmizin təbliği, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, ötən ay Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş “Əli və Nino” əsərinin təqdimat mərasimi keçirilmişdir.
- Son illər Azərbaycan şirkətlərinin sərmayə yatırdıqları xarici ölkələrin coğrafiyası genişlənir. Xorvatiyada Azərbaycanın investisiyalarına maraq varmı?
- İndiyədək qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan Xorvatiya xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının (Aİ) üzvlüyündən maksimum istifadə edir. İqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də əsas potensial iqtisadi tərəfdaşları sırasına daxil edilmiş Azərbaycan kimi perspektivli investor ölkələrə böyük diqqət ayırır. Qeyd edim ki, Xorvatiyada bir çox cəlbedici investisiya layihələri mövcuddur. Bunlara turizm, neft hasilatı sahələrində və digər gəlirli potensial layihələri misal göstərmək olar. Əminik ki, Azərbaycanın iş adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

