/ / Azərbaycanın multikulturalizm siyasəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Azərbaycanın multikulturalizm siyasəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
12.02.2018 [15:35]
Azərbaycan tolerant ölkədir, bütün dini icmalar bərabər, qardaşlıq münasibətləri şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti, dövlət –din və din-cəmiyyət münasibətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, səfir Eynulla Mədətli Tbilisidə “Din və ictimai həyat” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Gürcüstanda Pravoslav Kilsəsinin bərpasının 100 illiyinə həsr olunmuş konfransda Prezident Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış edərək ölkədə din-cəmiyyət münasibətlərindən danışıb, dövlətin din siyasətinin ayrı-ayrı aspektlərini diqqətə çatdırıblar.
Bildirilib ki, 1811-ci ildə rus imperiyası tərəfindən dağıdılan, ləğv edilən gürcü patriarxlığı uzun və əzmkar mübarizədən sonra 1917-ci ildə yenidən bərpa olunub. Bu gün qarşılıqlı inam, tarixi ənənələr və mədəniyyətlər arasındakı qarşılıqlı hörmət Gürcüstan cəmiyyətinin əsas nailiyyətlərindən biridir. Bu gün ölkədə tolerantlıq hökm sürür. Gürcüstanda bütün dini icmalar bərabər şəkildə inkişaf edir, dini ayinləri icra edirlər.
Eynulla Mədətli açılış mərasimində çıxış edərək AMEA-nın prezidentinin təbriklərini çatdırıb, ölkələrimiz arasındakı oxşar cəhətlər, din-dövlət və din-cəmiyyət münasibətləri, tolerantlıqla bağlı fikirlərini bölüşüb.
Sonra konfrans işini panel iclaslarda davam etdirib.
E.Mədətli panel iclasda “Azərbaycan Respublikasının dövlət siyasəti və din-cəmiyyət münasibətləri” mövzusunda çıxış edib. O, Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb və ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti ölkəmizə çox böyük uğurlar gətirib. Bu gün Azərbaycanda din-cəmiyyət münasibətləri vəhdət təşkil edir. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017- ci il “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bu il isə Naxçıvan İslam mədəniyyətlərinin paytaxtı elan edilib. Bütün bunlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. E.Mədətli Gürcüstanda din-cəmiyyət münasibətlərini, dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 May 14:34
Dünya
03 May 14:16
Xəbər lenti
03 May 13:56
İqtisadiyyat
03 May 13:39
Xəbər lenti
03 May 13:05
Xəbər lenti
03 May 12:47
Xəbər lenti
03 May 12:31
Siyasət
03 May 12:23
Xəbər lenti
03 May 12:17
Xəbər lenti
03 May 12:15
Xəbər lenti
03 May 12:09
Xəbər lenti
03 May 12:05
Xəbər lenti
03 May 11:56
Siyasət
03 May 11:54
Xəbər lenti
03 May 11:30
Xəbər lenti
03 May 11:27
Xəbər lenti
03 May 11:20
Xəbər lenti
03 May 11:16
Sosial
03 May 11:15
Dünya
03 May 11:14
İqtisadiyyat
03 May 11:12
Ədəbiyyat
03 May 11:10
Xəbər lenti
03 May 11:03
Ədəbiyyat
03 May 11:00
Xəbər lenti
03 May 10:53
İqtisadiyyat
03 May 10:50
Xəbər lenti
03 May 10:46
Siyasət
03 May 10:43
MEDİA
03 May 10:40
İqtisadiyyat
03 May 10:37
İqtisadiyyat
03 May 10:33
Xəbər lenti
03 May 10:30
Gündəm
03 May 10:25
Siyasət
03 May 10:23
Gündəm
03 May 10:20
Xəbər lenti
03 May 10:15
Gündəm
03 May 10:10
Gündəm
03 May 10:00
Xəbər lenti
03 May 09:44
Xəbər lenti
03 May 09:39
Xəbər lenti
03 May 09:23
Siyasət
02 May 20:33
Sosial
02 May 19:38
Xəbər lenti
02 May 18:14
Xəbər lenti
02 May 17:22
Xəbər lenti
02 May 17:05
Xəbər lenti
02 May 16:50
Xəbər lenti
02 May 16:18
Dünya
02 May 16:05
Xəbər lenti
02 May 15:47
Xəbər lenti
02 May 15:44
Gündəm
02 May 15:39
İqtisadiyyat
02 May 15:29
Asiya
02 May 15:20
Siyasət
02 May 14:52
Dünya
02 May 14:41
Xəbər lenti
02 May 14:35
Gündəm
02 May 14:21
Xəbər lenti
02 May 14:01
Xəbər lenti
02 May 13:49
İdman
02 May 13:47
Xəbər lenti
02 May 13:22
Xəbər lenti
02 May 13:19
Xəbər lenti
02 May 12:50
Xəbər lenti
02 May 12:48
Sosial
02 May 12:39
Xəbər lenti
02 May 12:38
Avropa
02 May 12:33
Siyasət
02 May 12:25
Xəbər lenti
02 May 12:01