/ / Avropa İttifaqının prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq
Avropa İttifaqının prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq
04.07.2012 [23:19]
“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” və “Yaxın qonşuluq” proqramları əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən, Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. ölkəmiz AVRONEST Parlament Assambleyasında da fəal təmsil olunur. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Hesab edirik ki, Avropa İttifaqının prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Avropa İttifaqının prezidenti Herman Van Rompeyin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
M.Qurbanlı bildirib ki, Aİ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Onun sözlərinə görə, əgər bugünkü dünyanın iqtisadi mərkəzlərinə nəzər salınsa bir tərəfdə ABŞ, digər tərəfdə isə Aİ diqqəti çəkir. Bununla belə, üçüncü istiqamət var ki, bu istiqamətdə çin iqtisadiyyatını, güclənən Hindistanı və digər fəallaşan ölkələri görürük.
“Yəni, bugünkü dünya çoxqütblü dünyaya çevrilib. Əgər sovetlər ittifaqı dağıldıqdan sonra dünya birqütblü idisə, bu gün dünyanın iqtisadi güc mərkəzləri formalaşır və inkişaf edir. Təbii ki, bu amil dünya siyasətinə təsir göstərir. Ona görə də, Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərməkdədir. Bu gün Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Belə olan şəraitdə ölkəmizin Aİ ilə əlaqələri də müxtəlif istiqamətləri özündə əks etdirir. Bunlardan birincisi, siyasi istiqamətdir. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. çünki Aİ ilə əlaqələr nəticə etibarilə bizim üzləşdiyimiz problemlərin, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Avropa Parlamentinin Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi son qətnamə Azərbaycan xarici siyasətinin məntiqi nəticəsidir. Bu təşkilat məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini müdafiə edir. Aİ ilə ölkəmizin ələqaləri iqtisadi sahədə də özünü göstərir. çünki bu təşkilat tarixi İpək Yolunun bərpasında və bu yöndə fəaliyyətin genişlənməsində maraqlıdır, eləcə də, qurumun enerji layihələri də mövcuddur. İqtisadi böhran yaşayan üzv dövlətlərin olduğu Aİ təbii ki, yeni istiqamətlər axtarmaqda, yeni layihələrin həyata keçirilməsində maraqlıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, Cənubi Qafqaz bölgəsində Azərbaycanın iştirakı olmadan hansısa layihə həyata keçirilə bilməz. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Azərbaycanın xüsusi rol oynadığını deyən M.Qurbanlının sözlərinə görə, bu yaxınlarda Azərbaycan və Türkiyə arasında Trans-Anadolu Qaz Boru Kəməri haqqında imzalanmış sənəd ölkəmizin qazının Avropaya ixracı baxımından əhəmiyyətini daha da artırır. O qeyd edib ki, ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. “Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır”, deyən M.Qurbanlının sözlərinə görə, Aİ ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir.
“Belə bir şəraitdə Aİ prezidenti Herman Van Rompeyin bölgəyə, o cümlədən, Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər zamanı ölkəmiz üçün daha çox önəmli olan məsələ Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Aİ-nin fəallığının gücləndirilməsi ilə bağlı müzakirələr olacaq. çünki Aİ güclü iqtisadi-siyasi mərkəz olaraq bu məsələdə çox əhəmiyyətli yer tuta bilər. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin dərinləşməsinin növbəti mərhələsi olacaq. Səfər çərçivəsində assosiativ saziş, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinə dair müzakirələr əməkdaşlığın inkişafı baxımından vacibdir. Bu gün Azərbaycanın iqtisadi-siyasi potensialı imkan verir ki, Aİ ilə sadələşdirilmiş viza rejimi tətbiq olunsun. Perspektivdə viza rejiminin tam aradan qaldırılması mümkündür. Aİ bir qayda olaraq iqtisadi imkanları olan ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının artması Aİ-nin ölkəmizlə münasibətdə viza rejiminin qaldırılması zərurətini ortaya qoyur. Eyni zamanda, bu gün Azərbaycanın siyasi imkanları o dərəcədə yüksəkdir ki, Azərbaycan-Aİ ilə müəyyən regional məsələləri müzakirə edərək ümumi ortaq məxrəcə gələ bilər. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar da Aİ-nin işğalçı Ermənistana təsir etmək imkanları genişdir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

