/ / Bakıda "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbir keçirilib
Bakıda "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbir keçirilib
03.07.2012 [22:02]
vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyildir
Dünən Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, onların fəaliyyətinin səmərəliliyinin artırılması, bu istiqamətdə hökumətin gördüyü işlər, QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbiri açaraq bildirib ki, 2007-ci ildən Azərbaycan hökuməti qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. O qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci ildə imzaladığı Sərəncam QHT sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Vurğulanıb ki, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsində, demokratiyanın inkişaf etdirilməsində, milli maraqların qorunmasında QHT-lərin fəaliyyəti böyükdür. Ona görə də Azərbaycan hökuməti ölkədə QHT-lərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə xüsusi önəm verir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov tədbirdə çıxış edib.
Əli Həsənov deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlətin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Şöbə müdiri bildirib ki, heç bir demokratik dövləti fəal vətəndaşların təşəbbüslərini reallaşdıran, ictimai davranış normalarını müəyyən edən və həyata keçməsini təlqin edən vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, ölkənin dinamik iqtisadi inkişafı siyasi islahatlarsız, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür edilə bilməz.
Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarını özünə tərəfdaş hesab edir. QHT-lərin fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial, iqtisadi, mədəni sahələr, eyni zamanda, dövlət fəaliyyətinin əsaslarını təşkil edir.
Sonra tədbir müzakirələrlə davam edib.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən professor Əli Həsənov bildirib ki, 100-ə yaxın QHT nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr çox məhsuldar olub. Görüşdə QHT-lərin cəmiyyətdə şəffaflığın təmin olunmasında, daxili və xarici siyasətin dəstəklənməsində rolu, hakimiyyətin bu sahədə onlara yarada biləcəyi imkanlar, QHT-lərin formalaşdırılması, qeydiyyatı, fəaliyyətinin təşviq olunması və digər məsələlərə toxunulub. Demək olar ki, hakimiyyət nümayəndəsi olaraq, mən əksər məsələlərdə onların təkliflərinin konstruktiv olduğunu bildirdim.
Əli Həsənov qeyd edib ki, görüşdə qaldırılan əksər məsələlər hakimiyyətin siyasəti ilə tam üst-üstə düşür. QHT nümayəndələrinin toxunduğu məsələlər, eyni zamanda, hakimiyyətin arzu və istəyinə uyğundur. çünki vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. QHT-lərin fəaliyyəti vətəndaş təşəbbüslərinə söykənir, bu fəaliyyət insan hüquqlarının qorunmasına yönəlib və buna görə də biz bunu dəstəkləyirik.
Şöbə müdiri görüşdə 80-dən artıq təklifin səsləndirildiyini, həmin təkliflərin qruplaşdırılaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə müzakirə olunacağını da diqqətə çatdırıb. Təkliflər əsasən qanunvericilik təşəbbüsü, sosial fəaliyyət, təşkilati məsələlər, qrantların verilməsi, QHT-lərin fəaliyyətinin dəyərləndirilməsi, QHT-hökumət münasibətlərinin tənzimlənməsi ilə bağlıdır.
Prezident Administrasiyasının rəsmisi bu cür dialoqun bundan sonra da davam etdiriləcəyini söyləyib. Bildirilib ki, gələcəkdə konkret istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə ayrıca görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

