/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib
12.06.2012 [23:40]
Leyla xanım BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşüb. Görüşdə Leyla xanım Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışıb. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırladıb, ölkəmizin sanballı uğurlarını və Azərbaycanın BMT çərçivəsində səmərəli fəaliyyətini qeyd edib. Görüşdə ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olub.
Sonra Q.Tokayev qonağı BMT-nin Cenevrə bölməsi ilə tanış edib. Leyla xanım BMT-nin tərksilah üzrə konfransının iclas salonuna (Q.Tokayev həm də BMT-nin tərksilah üzrə konfransının baş katibidir), ölkəmizin hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkib. Q.Tokayev tanışlıq zamanı Leyla xanım Əliyevaya rəssam Rafael Abbasovun fırçasının məhsulu olan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hədiyyə edilmiş “Bakı” rəsmini göstərib.
Sonra Leyla xanım BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olub. Muzeyin və kitabxananın əməkdaşları Leyla xanım Əliyevaya 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdiriblər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.
Sonra Leyla xanım Əliyeva UNİCEF-in Cenevrə ofisində olub, burada bu təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə görüşüb. UNİCEF-in nümayəndəsi keçən il Azərbaycana səfərini xatırlayıb və təmsil etdiyi təşkilat tərəfindən Yardımlıda həyata keçirilən layihə barədə söhbət açıb. O deyib ki, Bakının, bütövlükdə Azərbaycanın sürətli inkişafı güclü təsir bağışlayır. O, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını bildirib. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
Leyla xanım Əliyeva isə Fondun işi barədə, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlər haqqında danışıb. O bildirib ki, Fond əlil uşaqlarla iş məsələsinə ciddi diqqət yetirir. Görüşün sonunda Leyla xanım Kirsi Madiyə Heydər Əliyev Fondu və IDEA kampaniyası adından xatirə hədiyyələri təqdim edib.
Sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olub. Görüşdə Leyla xanım Əliyeva və Yan Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə ediblər. Bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işinin aparılması məsələləri də nəzərdən keçirilib. Həmsöhbətlər Cenevrədə bu aspektlərdən bəzilərini əhatə edə biləcək IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsini də müzakirə ediblər.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat verib. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı bu təşkilatın xüsusi qürur mövzusudur. Ceyranların çoxaldılması və onların vəhşi təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir. Leyla xanım Əliyeva bildirib ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət edib. Onun sözlərinə görə, bu yolla həmin gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqət güclənəcək. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla xanım bildirib ki, Moskvada, Moldovada, Gürcüstanda və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Ətraf mühit üzrə IDEA kampaniyasının təşəbbüskarı onu da bildirib ki, mayın axırlarında Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılıb.
Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat verib. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir. UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı kömək təklif edib.
Görüşün sonunda Leyla xanım Əliyeva Heydər Əliyev Fondu və IDEA kampaniyası adından Yan Dusikə xatirə hədiyyələri təqdim edib.
Bununla da Leyla xanım Əliyevanın Cenevrəyə səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

