Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi davam edir
08.06.2012 [22:38]
Müraciətlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi məqsədilə “Kapital Bank” tərəfindən ümumilikdə 143 məntəqə yaradılıb. Bu məntəqələrdən 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında fəaliyyət göstərir.
Bundan başqa, itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə, Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə məntəqə təşkil edilib. Digər rayon və şəhərlərdə bu qəbildən olan müraciətlər “Kapital Bank”ın yerli filiallarında qəbul olunur.
Bankın 2 saylı Səbael filialında ərizə yazanlar da, xəzinə qarşısında pul alanlar da çoxdur. Filialın müdiri Rəsul Rzayevin sözlərinə görə, indiyədək 2454 ərizə qəbul edilib, 402 nəfərin isə fərdi birdəfəlik ödəməsi həyata keçirilib.
Gülbala Əliyev əmanətini almaq üçün banka elə ilk gündən müraciət edib. Onun sözlərinə görə, bu qərar onun üçün gözlənilməz olub: “Prezidentin Fərmanını televiziyadan eşitdim. Bu qərar pullarımızı alacağımıza olan ümidlərimizi tamamilə itirdiyimiz bir vaxtda verildi. Artıq kifayət qədər böyük vaxt keçirdi. Uzun illər tərcümə ilə məşğul olmuşam. Əməyimin qarşılığında verilən vəsait hesabıma köçürülürdü. Beləliklə, yığılıb 14900 rubl olmuşdu. Arada, yəni lazım olanda götürüb xərcləyirdim. Ancaq məlum hadisələrdən sonra heç nə etmək mümkün olmadı. Həmin məbləğ də bankda qaldı. İndi o puluma görə, 1246 manat 60 qəpik birdəfəlik ödəmə veriləcəyini öyrəndim. Dövlətimiz, Prezidentimiz sağ olsun ki, belə bir vaxtda ölmüş pullarımızı “dirildib” özümüzə qaytardı. Aparıb dərd-sərimizin birinə verəcəyik”.
Adil Mirzəyev Yardımlı rayonundan gəlib. Dediyinə görə, əmanət qoyarkən də məhz hər dəfə Bakıya gəlirmiş. 18776 rubl əmanət sahibidir. Bu məbləğin qarşılığında alacağı vəsaiti də qabaqcadan hesablatdırıb: “Bilirdim ki, mənə 1446.36 AZN veriləcək. Mən də həmin pula ziyarətə gedəcəm. Hacıyam, ancaq indi Kərbəlanı da ziyarət etmək istəyirəm. Oradan da İmam Rza əleyhissalamı ziyarət edəcəm. Suriyada müharibə bitsə, oraya da getmək istəyirəm”.
A.Mirzəyev ölkəmizdə və dünyada gedən prosesləri yaxından izləyir: “Rayon sovetinin deputatı olmuşam. Fəal adam idim. Ona görə, indi də hər şeylə maraqlanıram. Dünyada bu qədər gərgin iqtisadi-siyasi vəziyyət müşahidə olunduğu bir vaxtda, iqtisadi böhran şəraitində Azərbaycan kimi kiçik bir dövlətin belə bir riskli addım atacağına heç kim inanmırdı. Hətta ən inkişaf etmiş ölkələr belə böhrandan çıxmaq üçün əhaliyə edilən sosial ödənişləri kəsir. Məsələn, hamımız Yunanıstanda baş verənlərin şahidiyik. Belə bir vaxtda Azərbaycan əksinə, əhaliyə sosial ödəniş həyata keçirir. Bu, Azərbaycan üçün heç də asan deyil. ölkəmizin qaçqın problemi var. Ermənistanla müharibə şəraitindəyik. Dövlət başçısı İlham Əliyev belə bir çətin vəziyyətdə çıxış yolu tapdı və böyük əksəriyyəti aztəminatlı olan ailələrə birdəfəlik ödəmələr verməyi qərara aldı. Cənab Prezident bu pulları bizə fasilələrlə, az-az da verə bilərdi. Ancaq cəmi bir il ərzində hamının əmanətini geri qaytaracağına qərar verdi. Prezidentimiz bir daha sübut etdi ki, Onun üçün əhalinin rifahı hər şeydən vacibdir. Dövlət başçımız həmişə çıxışlarında deyir ki, ölkənin artan iqtisadi uğurlarından əhaliyə daha çox pay düşməsinə çalışır. Əmanətlərin qaytarılması Prezidentin sözlərinin əməlində təcəssümüdür”.
“Kapital Bank”ın Nərimanov rayon filialında da insan axını müşahidə olunmaqdadır. Filialın müdiri Fərid Aslan bildirib ki, ilk bir həftə ərzində sənədlər toplanıb. ödəniş isə çox az olub. Həftə ərzində cəmi 20-30 nəfərə əmanətinə görə, birdəfəlik ödəmə həyata keçirilib. Ancaq iyunun 7-də gün ərzində 100-dən çox adam bankdan öz ödənişlərini götürüb. çox gərgin iş rejimində çalışdıqlarını vurğulayan filial müdiri ölkə Prezidentinin Fərmanını layiqincə icra etməyə, göstərilən etimada layiq olmağa çalışdıqlarını vurğulayıb.
Filialın xəzinəsindən pul götürən Əmrəli Mirzəyev Prezidentin humanist addımından təsirləndiyini vurğulayıb: “Əslində, elə böyük məbləğ qoymamışdım. Sovet bankında cəmi 1100 rublum vardı. İndi bu məbləğə görə 206 manat pul aldım. Ancaq bilirdim ki, nə vaxtsa bu pullar “diriləcək”. Düzdü, biz bu dövlətə işləməmişik. Dövlət bunu verməyə də bilərdi. Ancaq bəzi məsələlər ümid verirdi ki, Sovet bankına qoyduğumuz pulların əvəzini hansısa formada qaytaracaqlar. Bunu fikirləşməyə əsas verən səbəblərdən biri başqa ölkələrdə, yəni Sovet respublikalarında həmin ölkələrin vətəndaşlarına vaxtilə qoyduqları əmanətlərin qaytarılması idi. İkinci, ən güclü ümid dövlətimizə, Prezidentimizə olan inam idi. Görürsünüz ki, gündən-günə inkişaf edirik. Bu inkişafdan da ən çox aztəminatlı ailələrə pay düşür. Prezidentimiz təqaüdçüləri, yaşlı insanları, əlilləri, tənhaları daim diqqət mərkəzində saxlayır. Bunları görüb, əksini düşünmək mümkün deyildi. Mən də bilirdim ki, bir gün növbə bizim əmanətlərə də çatacaq”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

