Hillari Klinton müxalifətə yerini göstərdi
08.06.2012 [22:38]
ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başa çatsa da, mediada sözügedən səfər ətrafında müzakirələr davam etməkdədir. Heç də təəccüblü deyil ki, ABŞ dövlət katibinin ölkəmizə səfərini şərh edən müsahiblər məsələyə öz siyasi baxışları prizmasından yanaşırlar. Bu səfərdən ən çox təsirlənənlər isə, sözsüz ki, radikal müxalifət düşərgəsinin təmsilçiləridir.
Hillari Klinton Bakıya, region dövlətlərinə səfəri çərçivəsində, Gürcüstandan gəldi. Və qonşu ölkədə olarkən, ABŞ dövlət katibi müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdü. Bu xəbər, əslində, Azərbaycanda özlərini müxalifət lideri adlandıranlarda bir ümid yaratmışdı. Onlar hesab edirdilər ki, Azərbaycanda analoji görüş keçiriləcək və müxalifət təmsilçiləri əllərinə düşən bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar, dövlətin ünvanına ağıllarını gələn nə varsa, söyləyəcəklər. Amma, yanılmışdılar. Hillari Klinton Bakıya bir günlük səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşündən sonra, Bakıda öz işinə başlayan Xəzər Beynəlxalq Neft-qaz sərgisində iştirak etdi, həmçinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü. Təbii ABŞ tərəfi üçün adı olub, özü olmayan, fəaliyyəti demək olar ki, sıfıra bərabər olan müxalifət liderləri ilə ilə görüşməkdənsə, bu ölkənin Azərbaycanla əməkdaşlığının prioritetlərindən olan enerji məsələlərini müzakirə etmək daha maraqlıdır. Odur ki, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə də xanım Klinton, əsasən, hasilat sənayesi və büdcə gəlirlərinin xərclənməsindəki şəffaflıq, iqtisadi sahədə nailiyyətlər və problemlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə həmçinin, Azərbaycanın ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə toxunulub, Dövlət Neft Fondunun Müşahidə Şurasında vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı, büdcə gəlirlərinin şəffaflığının artırılması sahəsində vətəndaş cəmiyyətinin rolu, bu istiqamətdə gördüyü işlər də müzakirə mövzusu olub. Müzakirələrdən sonra xanım Klinton, bütövlükdə, ölkədəki vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib, Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olduğunu bildirib və bundan məmnunluğunu ifadə edib. Başqa sözlə, ABŞ rəsmisi Azərbaycanda gördüyünü-inkişafı, vətəndaş cəmiyyətinin dövlət quruculuğu prosesində yaxından iştirak etməsini müsbət qiymətləndirib.
Əlləri bu görüşdən üzülən müxalifət liderlərinə isə yalnız boş bəyanatlar səsləndirməklə özlərinə təsəlli verməsi qalıb. Məsələn, Müsavat partiyasının sədri İsa Qəmbər himayəsində olan qəzetə müsahibəsində qeyd edib ki, guya xanım Klintonun müxalifət liderləri ilə görüşünün olub-olmaması onlar üçün önəmli məsələ deyilmiş. Onlar ABŞ rəsmisinin ölkəmizə səfərindən sonra Azərbaycanda nə kimi dəyişikliklərin baş verəcəyini gözləyirlər və gerçəkləşmiş səfərə yalnız bundan sonra qiymət verəcəklər. Bu qədər də məntiqsizlik olar? Görünür, H.Klinton bizim müxalifət liderlərinin “qabı”na yaxşı bələd olduğundan, hansı intellektual və məntiq sahibi olduqlarını bildiyi üçün onlarla görüşmək istəməyib. ABŞ dövlət katibi hər ay müxtəlif ölkələrə səfərlər edir. Məgər bu səfərlərdən sonra həmin ölkələrdə mütləq hansısa dəyişikliklər baş verir? İ.Qəmbər özü müsahibəsində qeyd edir ki, H.Klinton Azərbaycana, o cümlədən, regiona Şimali Avropa ölkələrinə səfərdən sonra gəlib. Onun məntiqindən belə çıxır ki, artıq Norveç və İsveçdə hansısa dəyişikliklər baş verib? Yaxud ABŞ dövlət katibi Azərbaycandan sonra Türkiyəyə səfər edib. Yoxsa İsa Qəmbər Türkiyədə də hansısa dəyişikliklərin baş verəcəyini gözləyir? Belə məntiqsizlik, yalnız Azərbaycan müxalifət liderlərinə yaraşır. Və belə ucuz bəyanatlar səsləndirməklə, İsa Qəmbərkimilər özlərini həm ictimaiyyətin gözündə, həm də tərəfdaşları arasında daha da cılızlaşdırır.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

