Qardaşdan qonaq olmaz!
22.02.2024 [10:10]
Türkiyənin müxtəlif şəhərlərinə səfərlərimdən xatirimdə qalan ortaq bir anı var. O da olduğum hər yerdə qarşılaşdığım, hər kəsdən eşitdiyim bu cümlədir: “Siz qonaq deyilsiniz, siz qardaşımızsınız. Qardaşdan qonaq olmaz”. Əlbəttə, bu bizim üçün də belədir. Qardaş ölkədən gələn hər kəs bizim doğmamız, özümüzdür. Məncə, zamanında Xalq şairimiz Bəxtiyar Vahabzadənin dediyi sözlər bu gün hər iki ölkə vətəndaşlarının qəlb səsidir:
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Çox qədim, köklü tarixə malik qardaşlığımızın müasir dövrümüzdə bu cür genişlənməsi, dərinləşməsi təbii ki, hər iki ölkə başçısının doğru, qərarlı mövqeyi, yürütdüyü siyasət sayəsindədir. Bu gün Azərbaycan və Türkiyənin qardaşlığı ən başda hər ölkə prezidentinin bir-birinə qardaş münasibətindən qaynaqlanır.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ənənəvi olaraq prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi qardaşlığımızın daha bir nümunəsi, parlaq örnəyidir.
Belə ki, cənab İlham Əliyev ölkəmizdə keçirilən Zəfər seçkilərində qalib gəldikdən sonra ilk rəsmi səfərini Ankaraya etdi. Rəsmi mərasimlə qarşılanan Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü. Liderlərin daha sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə bir daha bütün dünyaya önəmli mesajlar verildi, Azərbaycan-Türkiyə dostluğu, doğmalığı dilə gətirildi.
Ölkəmizin başçısı səfər əsnasında keçirilən qarşılıqlı görüşdə iki ölkə arasında qüvvətlənən əlaqələrdən danışarkən dedi: “Mənim prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş Türkiyəyədir. Bu da təbiidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir”.
“Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”-deyən İ.Əliyev əlavə edib ki, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.
“Dost dar gündə tanınar”-deyib atalarımız. Mən isə düşünürəm ki, əsl dost dar günündə köməyinə yetib, sevincində gülüşünə səmimiyyətlə qoşula biləndir. Axı birinin xoşbəxtliyinə ortaq olmaq kədərinə ağlamaqdan daha çətindir.
Türkiyənin bizim üçün əsl qardaşlığı 44 günlük Vətən müharibəsində və qazandığımız Zəfər günlərində bir daha təsdiqləndi. Dövlətimizin başçısı səfər çərçivəsində bu mövzuya da toxundu və bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi.
Türkiyə Cümhuriyyətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın mövqeyi də dəyişməzdir: “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”.
Bəli, Türkiyə və Azərbaycan tarix boyunca bir olub, birlik olub. Onun bu dostluğunun, qardaşlığının qarşısını almağa, onu bir-birindən ayrı salmağa çalışan qüvvələr hər zaman olub, olacaq da. Amma nə məsafə, nə qırılan fiziki bağlar iki ölkə və iki xalq arasındakı mənəvi telləri qıra bilməyib. Şairin də dediyi kimi: “Birdir bizim hər halımız, Diləyimiz, amalımız”:
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

