İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı mərasim olub
24.04.2012 [01:50]
Aprelin 21-də İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı “Auditorium della Musika” konsert kompleksində mərasim olub. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Əvvəlcə burada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin meri Canni Alemanno ilə görüşüb.
Roma meri Azərbaycanın birinci xanımını İtaliya paytaxtında görməkdən şad olduğunu bildirib. Canni Alemanno Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu deyib, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. Mer Bakı ilə Roma arasında yeni açılmış təyyarə reysinin ona Azərbaycan paytaxtını görmək üçün fürsət yaradacağını vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Canni Alemannoya təşəkkürünü bildirib. İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluq ifadə edən birinci xanım bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Roma şəhərinin meri Canni Alemanno Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xatirə hədiyyələri təqdim edib.
İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı təşkil olunan mərasimin aparıcısı ölkəmiz, onun tarixi, mədəniyyəti barədə ətraflı məlumat verib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov mədəniyyət günlərinin yüksək səviyyədə keçdiyini bildirib. Diplomat qədim tarixə malik Azərbaycan-İtaliya əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini, İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. ölkələrimiz arasında humanitar əlaqələrin əhəmiyyətinə toxunan səfir mədəniyyət günlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Mərasimdə çıxış edən Roma şəhərinin meri Canni Alemanno da qədim tarixə söykənən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı ilə bağlı son dövrlərdə atılan addımların əhəmiyyətindən danışıb. Mer dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Romada ucaldılan abidəsinin ölkələrimiz arasındakı mədəni əməkdaşlığa mühüm töhfə olduğunu vurğulayıb.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Konsertin ilk nömrəsi Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət rəqs ansamblının ifasında “Cəngi” rəqsi olub.
Sonra mərasimin iştirakçıları Azərbaycanın biri-birindən maraqlı musiqi nömrələrini dinləyib, rəqslərinə tamaşa ediblər.
İtaliyada Azərbaycan Mədəniyyəti Günləri aprelin 16-da Turin şəhərinin italiyalıların qürur mənbəyi sayılan möhtəşəm Kariniano Teatrında start götürmüşdür. Daha sonra Milan və Venesiya şəhərlərində keçirilən mədəniyyət tədbirlərinə paytaxt Romada yekun vurulub.
İtaliyada keçirilən tədbirlər bir daha sübut edib ki, mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Milli mədəniyyətimizin daha geniş coğrafiyada təbliği işində Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

