Radikallar mitinq keçirdi və ya bir qədər hesablama
24.04.2012 [01:48]
İştirakçıların sayı məsələsi isə artıq dünya üçün köhnəlmiş mövzudur. İnformasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə, hətta kiçik bir qrupun tədbiri belə qısa zamanda bütün cəmiyyətin əldə edə biləcəyi informasiyaya çevrilə bilir. Ona görə də, əsas məsələ say və təşkilati məsələ deyil, kütləvi aksiyada hansı təkliflərin irəli sürülməsidir. Və məhz bu məsələlərə dair də mövqe bildirmək istərdim.
Radikal müxalifət nümayəndələrinin çıxışlarında nə mitinq iştirakçıları, nə də aksiyaya maraq göstərənlər cəmiyyət problemləri barədə hər hansı bir əsaslandırılmış təklif etmədilər. Baxmayaraq ki, müxalifətin digər vəzifələri ilə yanaşı, əsas vəzifələrindən də biri vaxtaşırı cəmiyyətin inkişafı ilə bağlı real təkliflər verməkdir.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin çıxışı bəlağətlə dolu idi. Lakin İsa Qəmbərin Azərbaycanın daxili və xarici siyasətinə professional toxuna bilməməsi, cəmiyyətin hər hansı bir probleminin həllinə dair real təklif verə bilməməsi də aydın oldu.
Digər çıxışçı AXCP sədri Əli Kərimli inqilabçı ritorikadan kənara çıxmırdı. Cənab Kərimli növbəti dəfə istənilən müxalifət liderinə verilən “Hakimiyyətə gəlsəniz nəyi indiki iqtidardan fərqli edəcəksiniz?” sualına avab verməkdən məharətlə yayındı. İxtisasca həkim, AXC-Müsavat hakimiyyəti dövründə MTN zabiti, sonradan Almaniya fondlarının birinin Azərbaycanda nümayəndəsi, indi isə politoloq olan Ərəstun Oruclunun da çıxışı bəlağət və inqilabi terminologiya cəhətcə əvvəlki çıxışlardan fərqlənmirdi. Ancaq rol bölgüsündə onun hansı fikirləri səsləndirmək istədiyi heç kəsə aydın olmadı. “Biz vətənimizin hər qarışını özümüzə layiq bilirik (bunun siyasi mübarizəyə nə aidiyyəti var?)... Hansı güclə, hansı iradə ilə siz dünyaya meydan oxuyursunuz? (söhbət kimdən və hansı meydan oxumaqdan gedir?)... Bu ölkənin sahibi sizlərsiz (məgər kimsə etiraz edir?) Onun çıxışının ən maraqlı yeri isə sonuncu fikridir: “Arzu edirəm, bu tarixdə layiqli yerimizi tutaq” (???)
Digər çıxışlar da bu məzmunda olduğundan onların şərhinə ehtiyac yaranmır. Diqqəti çəkən və münasibət bildirilməsi lazım olan isə mitinqə gətirilən plakatlar idi. Onların bir mənbədə hazırlandığına yəqin ki, mitinq təşkilatçılarının özləri də etiraz etmir. Onlar çıxışçılardan fərqli olaraq konkret mövzuya toxunduğundan, onları birmənalı şəkildə radikal müxalifətin hakimiyyətə gələcəyi təqdirdə onların fəaliyyət proqramı hesab etmək olar.
Beləliklə, plakatlarda Sovet dövründə əmanət bankında vətəndaşların qalan əmanətlərinin rubla manat kursu ilə dəyişməsi tələb edilir. Tribunada duranların buna etiraz etmələri bu iqtisadi tələbi dəstəklərini sübut edir. Yaddan çıxarılır ki, Azərbaycanda dəyişmə kursu keçmiş SSRİ məkanında ən yüksək kursdur və 1 Sovet rublu 17 ABŞ sentinə dəyişdirilir. İndiki kursla əmanətlərin qaytarılmasına bir il ərzində təqribən 1 milyard manat sərf ediləcəyi gözlənilir. Müxalifətin təklifilə isə, bu prosesə təqribən 6 milyard Azərbaycan manatı vəsait lazımdır. Müxalifət əlavə 5 milyardı haradan alacağını və bundan sonra yaranacaq inflyasiyanın qarşısını nə cür alacağı sualına cavabdan qaçır. Yada düşəndə ki, İsa Qəmbər 2005-ci il parlament seçkilərində çıxışında Neft Fondundakı vəsaiti hər kəsə paylamağı təklif edirdi, onların iqtisadi hazırlığı tamamilə aydın olur.
Bir neçə plakatda Bakı şəhərində abadlıq işləri ilə bağlı məcburi olaraq aparılan söküntü işlərinin əleyhinə şüarlar var idi. Əlbəttə, söküntü ağır prosesdir və şəraitsiz də olsa, illərlə yaşanan evdən köçmək çətin məsələdir. Ancaq dünya hələ söküntü olmadan abadlıq işi aparmağın yolunu tapa bilməyibdir. Müxalifətin hakimiyyətdə olacağı halda problemi necə həll edəcəyi isə qaranlıq qalır. Artıq dövrünü başa vurmuş və ya neft buruqlarının yanında tikilmiş evlərin taleyini həll etmədən isə müasir Bakı qurmaq mümkün deyildir.
Və sonda mitinqdəki şüar və plakatların çoxsu xarici dildə, ingiliscə yazılmışdı. Nəzərə alsaq ki, Azərbaycanda ingiliscə az sayda insan bilir, bu çağırışların Azərbaycan cəmiyyətinə səslənmədiyinin fərqinə varmaq lazımdır. Görünür, radikal müxalifət cəmiyyətin onların fəaliyyətində maraqlı olmadığını başa düşür. Bu isə çox əhəmiyyətli bir etirafdır.
Aydın MİRZƏZADƏ,
YAP Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

