Ölkəmizdə həyata keçirilən hüquqi, siyasi islahatlar davamlı sabitliyin qarantıdır
05.04.2012 [00:20]
Məlumdur ki, bütün sahələrdə aparılan davamlı islahatlar, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə, Azərbaycanın regionun dinamik inkişaf edən dövləti kimi nüfuzunun artmasına səbəb olub. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafını bir daha sübut edir. Əlbəttə, Avropa regionunda inkişaf etmiş dövlətlər milli məhsul və digər göstəricilər üzrə enmə tendensiyası ilə üzləşdiyi halda Azərbaycanın yüksək artım tempini qoruyub saxlaması düşünülmüş iqtisadi siyasətin mühüm nəticələridir.
Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, regional layihələrdə fəal iştirakı, qonşu dövlətlərlə əlaqələri respublikamızın yeritdiyi xarici siyasətə də öz təsirini göstərməyə bilməz. İlk növbədə, onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən güclü enerji potensialına malik olan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlət kimi qiymətləndirilir. Həmçinin, Azərbaycanın xarici siyasətinin əsasında dayanan qonşu və digər xalqların maraqlarına, milli dəyərlərinə hörmət prinsipi ölkəmizin müsbət mənada beynəlxalq imicinin formalaşması, qorunması və nüfuzunun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına öz töhfəsini verib. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın bu sahədəki nümunəvi rolu dünyanın aparıcı ölkələrinin tanınmış siyasətçiləri, din xadimləri tərəfindən dəfələrlə etiraf olunub.
Bu gün yüksək inkişaf dinamikasına malik olan güclü dövlət olması onu deməyə əsas verir ki, Azərbaycan dövləti düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir. Qeyd etdiyimiz kimi, ölkədə həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq, müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır və ya əksinə siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir.
Əminliklə söyləmək olar ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi öz bəhrəsini verməkdədir. Belə ki, davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, demokratik siyasi mühit formalaşıb, ölkədə qeyri-hökumət təşkilatları, insan hüquq və azadlıqlarını müdafiə edən təsisatlar fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlarda ölkəmizin milli maraqları rəhbər tutulur. Azərbaycanın heç bir kənar təzyiqə boyun əymədən beynəlxalq aləmdə atdığı addımlar, eləcə də, ölkə daxilində həyata keçirilən siyasi islahatlar onu göstərir ki, ölkə rəhbərliyi müstəqil dövlətçilik maraqlarına xidmət edən siyasət yürüdür. Nəticədə ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb.
Aprelin 3-də Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasi islahatlar məqsədyönlü şəkildə ölkənin gələcəyinə hesablanıb və gələcəkdə də siyasi islahatlar birmənalı olaraq davam edəcək. Prezident, həmçinin, əlavə edib ki, müstəqilliyimizin bir çox illəri ərzində biz dövlətçiliyimizin, siyasi sistemimizin əsaslarını qurduq və bu sahədə Avropa təsisatları ilə əməkdaşlıq çox vacibdir: “Biz siyasi islahatları birgə həyata keçiririk. Azərbaycan siyasi islahatlara sadiqdir. Biz müstəqillik illərimiz ərzində bütün sahələrdə böyük irəliləyişə nail olmuşuq və sabit siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim çox partiyaların nümayəndələrindən ibarət parlamentimiz, ifadə, yığıncaq azadlıqlarımız, azad internetimiz vardır. Mən çox şadam ki, Azərbaycanda internet istifadəçilərinin sayı aydan-aya artır. Artıq əhalimizin 50 faizindən çoxu məhz internet istifadəçisidir və genişzolaqlı internetdən istifadə edir”.
Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda mövcud olan azad siyasi mühit plüralizm şəraitində sağlam siyasi mübarizəyə hər cür imkan yaradıb. Məhz vətəndaşların qanunvericiliklə müəyyən olunan siyasi hüquq və azadlıqlarının reallıqda tam şəkildə əksini tapmasının nəticəsi olaraq ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsi, sağlam rəqabətin formalaşması istiqamətində müsbətə doğru ciddi irəliləyişlər əldə edilib. Təbii olaraq, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar respublikamızı sözün əsl mənasında müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevirib.
SEVİNC
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50

