Əli Kərimli və İsa Qəmbər gənclərdən öz çirkin məqsədləri naminə istifadə etməyə çalışırlar
17.03.2012 [00:52]
Düzdür, müstəqilliyimizin ilk illərində gənclərimizin potensialı AXC-Müsavat deyilən qaragüruhçuların çirkin əməllərinin həyata keçirilməsinə istiqamətləndirilmişdi. Həmin dövrdə gənclər müxtəlif kriminal və özbaşınalıq fəaliyyətlərinə cəlb edilmiş, cinayətlərin törədilməsinə sürüklənmişlər.
Lakin Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan gəncliyi onun üçün daha doğru yolun dövlətə və müstəqilliyə xidmət etməyin olduğunu anlamağa başladı. ümummilli lider Heydər Əliyevin rəhbərliyilə həyata keçirilən institusional islahatlar nəticəsində gənclərin potensialı maksimum şəkildə dövlətimizin quruculuğu prosesinə yönəldildi.
Həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində isə bu gün Azərbaycan gəncləri nəinki, ölkənin inkişaf etdirilməsi prosesində iştirak edir, hətta xarici dövlətlərdə anti-Azərbaycan dairələrinə qarşı mübarizə aparır, doğma məmləkətimizin maraqlarını müdafiə edirlər. ötən müddət ərzində vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilən Azərbaycan gəncliyi ümummilli məsələlərin həllində ön sırada gedərək, Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələrilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər.
Təbii ki, Azərbaycan dövləti də gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şəraiti yaradır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədləri də gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar isə quru sözlərlə bəzədilmir, əksinə, real işlərin görülməsi üçün Dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.
Lakin təəssüflər olsun ki, müəyyən daxili və xarici qüvvələr Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Burada da həmişə olduğu kimi, antimilli mövqedə durmuş radikal müxalifət nümayəndələri yer alırlar. Radikal müxalifət, xüsusilə, AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı İsa Qəmbər ətraflarına yığdıqları 5-10 gənci yenidən mitinqlərə, piketlərə çıxmağa məcbur edir və onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışırlar.
Qeyd edək ki, hər kəs bu radikalların əvvəllər gəncləri hansı çirkin oyunların alətinə çevirdiyini görüb. Dağlıq Qarabağı ermənilərə satan, Azərbaycana təzyiq etmək üçün xarici dövlətlərin kəşfiyyat orqanlarına material ötürən gənclər, məhz AXCP ilə Müsavatın sıralarından çıxıb. Həmin gənclər bəlkə də, etdiklərinin fərqini iş keçdikdən sonra anlamağa başlayırlar. Lakin məsələnin özəyi ondan ibarətdir ki, çirkin oyunların alətinə çevrilmiş gəncləri, məhz AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı İsa Qəmbər yolundan azdırır. Bu səbəblərdən də, Əli Kərimli kimilərin ətrafındakı aldadılmış şəxslər heç vaxt Azərbaycan gəncliyini təmsil edə, onlara nümunə ola bilməzlər. çünki Əli Kərimli gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədə bilər.
Ona görə də, bir daha Əli Kərimlinin və İsa Qəmbərin cılız siyasi maraqlarının aləti olmamaq üçün gənclər son dərəcə ayıq-sayıq olmalı və fəaliyyətlərini yalnız dövlətçilik naminə qurmalıdırlar. Hər zaman dövlətinə və xalqına hədsiz sədaqətini nümayiş etdirmiş gənclərimiz radikalların avantüralarına uymamalı, mitinq və etiraz aksiyaları çağırışlarını rədd etməlidirlər. çünki məmləkətinə və xalqına xəyanətkar mövqe tutmuş gənclər heç bir halda dövləti qurub-yaratmış və bugünkü nəsillərə ötürmüş dahilərin onların üzərinə qoyduğu mənəvi məsuliyyəti hiss edə, qarşıya qoyulmuş ümummilli missiyanın daşıyıcısına çevrilə bilməzlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

