Əli Kərimli satqınlıq simvoludur
25.02.2012 [01:51]
Yeri gəlmişkən, Milli Məclisin dünən keçirilən iclasında da bu mövzuya toxunulub. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə şəxsləri “sapı özümüzdən olan baltalar” adlandırıb. Onun sözlərinə görə, bu gün hər kəs Ermənistanın Azərbaycana qarşı təcavüzünü dünya ictimaiyyətinə çatdırmaq üçün səylər göstərməlidir və ümummilli problemlərlə bağlı birgə mübarizə aparılmalıdır: “Amma bunun əksinə olaraq öz daxilimizdə ölkəmizin əleyhinə kampaniya aparanlar var. Bu gün Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı kampaniya aparan insanlar mövcuddur. Onlar ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərə də qarşı iş aparırlar. Biz belələrinin hamısını adbaad sadalamalıyıq. Adını siyasi partiya rəhbəri qoyan Əli Kərimli kimilər Azərbaycan xalqının maraqlarını tapdayırlar. Bu insanlar Azərbaycan siyasətinə satqınlıq simvolu gətiriblər. Ə.Kərimli vaxtilə Elçibəyi, ondan sonra ətrafında olanları satdı. İndi də, Azərbaycanın maraqlarını satmaqla məşğuldur. İddia edirlər ki, guya ölkəmiz Türkiyəyə lazımi dəstək vermir. Xocalı faciəsi ilə bağlı, işğal olunmuş ərazilərimizlə bağlı bir sətir yazı yazmayan, çıxış etməyən bir insan hansı haqla Türkiyəyə dəstəkdən danışır”.
Azərbaycanın Türkiyəyə dəstəyinin göz qabağında olduğunu deyən S.Novruzov bu istiqamətdə dövlətimizin gördüyü işləri xatırladıb. Onun sözlərinə görə, uydurma “erməni soyqırımı” məsələsində ölkə Prezidenti, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri Türkiyəyə açıq dəstəyini ifadə edib. Eləcə də, Milli Məclis Fransa Senatına müraciət göndərib. “Azərbaycan - Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva bu istiqamətdə çox səmərəli fəaliyyət göstərdi. Görülən işlərin nəticəsidir ki, Fransanın 77 deputatı məlum qanun layihəsi ilə bağlı Fransa Konstitusiya Məhkəməsinə müraciət etdi. Həmin deputatların bir qrupu Türkiyəyə deyil, məhz Azərbaycana gəldi. Bundan artıq nə işlər görülməlidir?” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov Ə.Kərimliyə bu sahədə hansı işlər gördüyünü sadalamağı təklif edib: “Bəli, o, sadalaya bilər ki, Ruslan Bəşirli kimilərini yetişdirib ki, gedib ermənilərdən pul alaraq Azərbaycan xalqının maraqlarını tapdasın. Ə.Kərimli gənclər qarşısında çıxış edib onlara nə tərbiyə verəcək? O, yalnız gəncləri öyrətmək istəyir ki, küçələrə çıxıb dağıtsınlar, xalqın əmlakına ziyan vursunlar, gedib ermənilərdən pul alsınlar. özü ayrı-ayrı dövlətlərdən pul alıb necə Azərbaycanın əleyhinə işləyirsə, gəncləri də buna öyrətmək istəyir. Mən gənclərə üz tutub müraciət edirəm ki, Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində bu adamlar bu soyqırımı haqqında bir kəlmə danışmır, amma ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin qarşısını almaqdan ötrü xarici dövlətlərdən üsul və vasitələr axtarır. Belələri bilməlidir ki, onların adı xalqımıza düşmən kəsilmiş ermənilərin adı ilə eyni sırada çəkilməlidir. Bu gün onlar Azərbaycana ermənilərdən daha çox ziyan vururlar. Məhz bu müxalifətçilərin vasitəsilə bəzi dövlətlər Azərbaycan xalqının maraqlarına ziyan vurmağa çalışırlar”.
Millət vəkili deyib ki, ölkəmizin işğal edilmiş ərazilərinin azad olunması məsələsində ayrı-seçiklik olmamalıdır. Onun sözlərinə görə, hamı bir yumruq şəklində birləşib vətənin müdafiəsində dayanmalıdır: “Amma təəssüf ki, bu adamlar Azərbaycan ordusu haqqında da böhtanlar danışır. Onlar xalqımızın maraqlarına deyil, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu, bizə ibrət dərsidir və bu cür insanlar Azərbaycan cəmiyyətində olmamalıdır”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da təəssüflə bildirib ki, bəzi xarici dairələr yalançı erməni təbliğatına inanır: “Eyni zamanda, Azərbaycanın siysətinə təsir göstərmək üçün erməni təbliğatından bizə qarşı istifadə edirlər. Son zamanlar Almaniyanın bəzi KİV-ləri bu cür hərəkətlər edir. Əgər onlar ədalətli mövqedədirlərsə, Xocalı soyqırımına da öz səhifələrində yer versinlər. Amma bəzi iqtisadi-siyasi maraqlar naminə biz bu ölkənin KİV-lərində Azərbaycan əleyhinə yazılara geniş yer verildiyini görməkdəyik. Təəssüf ki, Azərbaycanın daxilindəki bəzi siyasi qruplar, xalq arasında heç bir nüfuzu olmayan dairələr də həmin xarici qüvvələrlə sinxron şəkildə fəaliyyət göstərir. Ən böyük ibrət dərsi budur ki, düşmənimizin bizə qarşı təbliğat aparmasını önləməsi işində birgə fəaliyyət göstərməliyik. Burada iqtidar-müxalifət söhbəti, hakimiyyətə çatmaq üçün sui-istifadə olmamalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

