Qərbin reallaşmayan vədləri
01.11.2023 [10:45]
Zelenski narahatdır...
Günel ABBAS
Məlum olduğu kimi, bu gün dünyanın diqqəti İsrail-HƏMAS müharibəsinə yönəlib. Bu problem bir çox məsələni kölgədə qoyduğu kimi, Rusiya-Ukrayna müharibəsini də arxa plana keçirib. Belə ki, bir çox mütəxəssislər münaqişənin Rusiya-Ukrayna müharibəsini tam unutdurduğunu düşünür. Çünki bu gün dünya İsrail-Fələstin müharibəsinin tənzimlənməsinə fokuslanıb. Hətta bu hadisələrin baş verməsini əvvəlcədən planlayan dövlətlərin olması barədə də iddialar var. Bu mülahizələrin əsası ondan ibarətdir ki, belə bir situasiya bəşəriyyətin diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün yaradılıb.
Doğrusu, bu məsələ hələlik iddia olsa da, nəticə ortadadır. Ukrayna prezidenti Volodimir Zelenski də yeni münaqişənin Ukraynanı diqqət mərkəzindən çıxarmasından narahatlıq keçirir. “Time” jurnalına müsahibəsində də Ukrayna prezidenti eyni istiqamətə köklənib - O, Rusiya-Ukrayna müharibəsinə qlobal marağın azaldığını bildirib. Bu isə Ukraynaya beynəlxalq dəstəyin həcminə təsir edir: “Ən pisi odur ki, dünyanın bir hissəsi artıq Ukraynadakı müharibəyə öyrəşib. Müharibə yorğunluğu dalğa kimi yayılır. Siz bunu ABŞ-da, Avropada görürsünüz. Və biz görürük ki, onlar bir az yorulan kimi bu proses “mən buna onuncu dəfə təkrar baxa bilmirəm” tipli şouya çevrilir”.
Bu mənada, Ukraynanın əks-hücumunda əhəmiyyətli irəliləyiş olmadığına görə, Zelenski üçün tərəfdaşlarını Ukraynanın qələbəsinin mümkünlüyünə inandırmaq getdikcə çətinləşir. Jurnalda Zelenskinin ətrafındakı məmurlardan birinin prezident barədə fikirləri də qeyd olunub. Həmin fikirlərdən birində bildirilir ki, Zelenski özünü Qərb müttəfiqləri tərəfindən satılmış kimi hiss edir. Onu müharibədə qalib gəlmək üçün vasitəsiz qoydular, yalnız Rusiyanın hücumuna tab gətirmək üçün vasitələrlə təmin edirlər.
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün İsrail-HƏMAS qarşıdurması Rusiya-Ukrayna müharibəsini beynəlxalq siyasi gündəmdə arxa plana keçirib: “Eyni zamanda, son dövrlərdə Qərbdən Ukraynaya göndərilən dəstəyin sayında heç bir artım müşahidə edilmir. Açıq etiraf etmək lazımdır ki, Qərb təsisatları Ukraynaya onun gözləntilərini qarşılayacaq qədər yardım göstərmir. Əslində, Zelenski ən başda bundan xəbərsiz deyildi. Sadəcə olaraq, bu gün təkcə Ukrayna regionunda deyil, bütün dünyada siyasi prosesləri yaxşı proqnozlaşdıra bilən, təhlil edən, eyni zamanda, geopolitik reallıqları qəbul edən liderləri olan ölkələr öz dövlətçiliklərini qoruyub, ictimai-siyasi sabitliyi hər zaman ən yüksək səviyyəyə çatdırırlar. Amma Zelenski və digərləri prosesləri əvvəldən proqnozlaşdıra bilmədi.
Bu baxımdan Zelenskinin öz müttəfiqləri tərəfindən satıldığını söyləməyində müəyyən qədər haqq var. Bir tərəfdən, onsuz da NATO və kollektiv Qərb Ukraynaya kifayət qədər yardım göstərib və bu kontekstdə Zelenskinin belə fikirlər səsləndirməyi o qədər də ədalətli və haqlı bir məsələ deyil. Amma digər tərəfdən, Qərbin Ukraynaya verdiyi sözlər, müəyyən məsələlərlə bağlı vədlər var idi, hansı ki faktiki olaraq o vədlərin heç biri yerinə yetirilmir. Bu kontekstdən çıxış edəndə Zelenskinin fikirlərində həqiqət payı var. Amma istənilən halda diqqət Yaxın Şərq gərginliyinə yönəlsə də, Rusiya-Ukrayna müharibəsi davam edir və burada da kifayət qədər mövqelər qarşıdurması mövcuddur”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

