/ / Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamıdır
Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamıdır
26.01.2012 [01:37]
AzərTAc xəbər verir ki, bu fikir dünən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar” adlı məqalələr toplusunun təqdimat mərasimində səsləndirilib. Nəşr SAM və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşəbbüsü ilə çap edilib.
SAM-ın direktor müavini Gülşən Paşayeva təqdimat mərasimində bildirib ki, Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi Azərbaycan və Türkiyənin bir yerdə olmasının vacibliyini bir daha ortaya çıxarıb.
G.Paşayeva vurğulayıb ki, nəşrdə dərc olunan məqalələrdə Azərbaycan-Türkiyə əlaqələri geniş şərh olunub. Topludakı məqalələrin müəllifləri ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əlaqələr, həmçinin erməni iddialarına qarşı aparılan fəaliyyəti təhlil edir, tarixi inkişaf yoluna nəzər salırlar.
ölkələrimizin eyni etnik kökə, dilə və müştərək tarixə mənsub olduğunu vurğulayan SAM-ın direktor müavini Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb.
G.Paşayeva Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul edilməsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da hər kəsi məyus etdiyini deyib.
ATİB-in sədri Fatimə Aslan məqalələr toplusunun Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn bir nəşr olduğunu deyib. ATİB-in belə bir təşəbbüsdə artıq ikinci dəfədir ki, iştirak etdiyini qeyd edən F.Aslan üç il bundan əvvəl də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından bəhs edən analitik kitabın da çap edildiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov nəşrin müəlliflərini təbrik edib, bu toplunun zəruri, önəmli və vaxtında yazılmış analitik təhlil olduğunu bildirib.
E.Aslanov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qardaş Türkiyə ilə münasibətlərinin yaranmasının 20 ili tamam olur. Bu baxımdan da bu münasibətlərin təhlili, iqtisadi, siyasi və mədəni sahələrinin araşdırılması hər iki dövlət və xalq üçün vacibdir.
E.Aslanov bildirib ki, nəşrdə dostluq sözünün istifadəsinə ehtiyac yoxdur. çünki qardaşlıq dostluqdan qat-qat yüksəkdə dayanan bir məfhumdur. Əgər qardaşlıq varsa, bu eyni əsilli iki millətin vahid bir mövqedən çıxış etməsinin, istər geosiyasi, istərsə də geoiqtisadi məkandan vahid nöqtəyə vurmasının bariz nümunəsidir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cəzalandırma ilə bağlı yanlış və əsassız qərarına türkdilli dövlətlərindən ilk olaraq Azərbaycan hökuməti və dövləti öz mövqeyini bildirib. Bu, dövlətimizin Türkiyəyə olan qardaşlıq münasibətinə sadiqliyinin bariz nümunəsidir.
E.Aslanov vurğulayıb ki, Azərbaycan Fransa Senatının qərarını fikir və söz azadlığının boğulmasına böyük təhlükə və zərbə kimi qiymətləndirir. Bu qərar Fransanın demokratiya ruhuna ziddir. Digər tərəfdən, tədqiqatçıların araşdırma azadlığını təhlükə altında qoyur. Fransa Senatı mövqeyini belə əsaslandırır ki, guya bunu yaddaşı qorumaq üçün edir. Doğrudan da, yaddaşı qorumaq önəmli məsələdir. Əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşırlarsa, qanunverici orqan memorial qanunların qəbul edilməsi missiyasını daşımamalıdır. Eyni zamanda, istənilən memorial qanunlar deskriminativ xarakter də daşımamalıdır.
E.Aslanov Azərbaycan ilə Türkiyənin mövqelərinin bir olduğunu, Azərbaycanın daim qardaş ölkəni dəstəklədiyini, hər zaman onun yanında olduğunu qeyd edib.
“Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar”, - deyə E.Aslanov vurğulayıb. Prezident Administrasiyasının rəsmisi deyib ki, Türkiyənin Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistan ilə sərhədləri bağlaması da qardaş xalqlarımız arasında olan birliyin bariz nümunəsidir. Qardaşlıq nümunəsi olaraq Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Hər birimiz azərbaycanlıyıq”, “Hər birimiz xocalılıyıq” şüarları İstanbulda da eşidiləcək.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bildirib ki, Fransa Senatı 20 il əvvəl olmuş Xocalı soyqırımını görməyərək, 100 il əvvəl baş vermiş iddia edilən və sübuta yetirilməmiş bir məsələ haqqında qərar qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin getdikcə gücləndiyini deyən diplomat vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim də problemimizdir və bu məsələnin tezliklə həll olunmasını istəyirik. Ermənistan ilə sərhədlərimizin bağlanması bizim qardaşlığımızın sübutudur. Münaqişə həll olunmayınca, sərhədlərimiz açılmayacaq.
H.Kılıç Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstərdiyini və bir-birini dəstəklədiyini qeyd edib. Səfir ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələrdən də danışıb, Van zəlzələsində ilk yardımın Azərbaycandan edildiyini diqqətə çatdırıb. Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışıb, fikir və təkliflərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

