9 maddə üzrə 180 il...
06.10.2023 [10:55]
Hüquqşünas Yalçın Hacızadə: İttiham olunduğu bir neçə maddə üzrə onu ömürlük azadlıdan məhrumetmə cəzası gözləyir
Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğu tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsində Qarabağda qanunsuz rejimin “keçmiş prezidenti” Arayik Arutyunyan həbs edilib. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir ki, araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arutyunyan Arayik tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Arayik Arutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunub. İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin Arayik Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Cari il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bəs Cinayət Məcəlləsinin həmin maddələrinə uyğun olaraq Arayiki nə qədər və hansı cəza gözləyir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, Azərbaycan sentyabr ayında bir sutka ərzində antiterror tədbirləri keçirərək, dövlət suverenliyini təmin etdi, ərazimizdə olan separatizmi məhv etdi. Bu separatizmin arxasında zülm, işgəncə, işğal, soyqırım, yüz minlərlə insanların öz yerlərindən məcburi köçürülməsi və minlərlə insanın qətl edilməsi kimi ağır cinayətləri əhatə edən 35 illik bir tarix dayanır. Həmin cinayət əməllərini təşkil etmiş və törətmiş şəxslərin bir çoxu haqqında hüquq mühafizə orqanlarımızda məlumat var və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür. Belə cinayət əməllərini törətmiş şəxslərdən biri də qondarma rejimin prezidenti olmuş Arayik Arutyunyandı. Onun sözlərinə görə, Arutyunyana qarşı Cinayət Məcəlləsinin 100-cü “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, 116-cı “ Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, 117-ci “Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə”, 120-ci “Qəsdən adam öldürmə”, 214-cü “Terrorçuluq”, 214-1-ci “Terrorçuluğu maliyyələşdirmə”, 214-3-cü “Terrorçuluq məqsədi ilə təlim keçmə”, 218-ci “Cinayətkar birlik (təşkilat) yaratma” və 279-cü “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma “maddələri ilə ittiham elan edilib.
Hüquqşünas deyib ki, bu əməllər eyni zamanda beynəlxalq hüquqla da cinayət tərkibi yaradır və “Beynəlxalq humanitar hüququn” normalarının pozulması kimi qiymətləndirilərək, “insanlıq əleyihinə”, “müharibə cinayətləri” və “soyqırımı” cinayətləri kimi tövsif olunur: “Beynəlxalq humanitar hüququn normaları 1949-cu il Cenevre Konvensiyasında öz əksini tapıb. Bu normalar mülki şəxslərin, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərin həyatına və fiziki toxunulmazlığına hörmət edilməsini, zorakılığın və artıq əzab-əziyyətin qarşısını almağı, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmağı tələb edir. Həmçinin, təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən şəxsləri öldürməyi, ona xəsarət yetirməyi qadağan edir, yaralılar və xəstələrə yardım edilməsini, tibbi heyəti, tibbi müəssisələri və nəqliyyat vasitələrinin qorunmasını, düşmən tərəfə və müharibənin məqsədinə uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyini, müharibə iştirakçısı olmayan dövlətlərin mənafelərinin qorunmasını nəzərdə tutur. Bu kateqoriya əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti şamil olunmur. Yəni törədilməsindən nə qədər müddət keçməsinə baxmayaraq, törədən şəxs cinayət məsuliyyətinə cəlb edilir”.
Həmsöhbətimiz qeyd edib ki, belə əməllər Cinayət Məcəlləsi ilə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və hər bir cinayət əməlinə görə 20 ilədək azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur: “Bir neçə cinayət əməlini törətməkdən ittiham olunan şəxslərə qarşı məhkəmə hökm çıxaran zaman Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə istinad etməklə “təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir”. Yəni Cinayət Məcəlləsinin yanaşmasına baxdıqda Arayik Arutyunyan ittiham olunduğu bir neçə maddə üzrə onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir“. Y.Hacızadənin fikrincə, bölgəmizdə ədalətin təmin olunması üçün təkcə torpaqlarımızın işğaldan azad edilməsi kifayət deyildi. Bu baxımdan, Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayət törətmiş şəxslərin cəzalandırılması zəruridir. Həm də bu, reinteqrasiya prosesini də sürətləndirmiş olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

