Dünya birliyi yeni reallıqları qəbul edir
28.09.2023 [11:38]
Aİ-nin açıqlaması bunu təsdiqləyir
Mübariz ABDULLAYEV
Xəbər verildiyi kimi, bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin himayəsi altında onun diplomatik müşavirləri Saymon Mordu və Maqdalena Qrononun Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü olub. Avropa İttifaqının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə, həmçinin Fransa prezidentinin və Almaniya kanslerinin diplomatik müşavirləri Emmanuel Bonne və Yens Plotner, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak ediblər. Şarl Mişel qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.
Aİ görüş iştirakçılarını Qarabağdakı mövcud vəziyyət və yerli əhalinin təcili ehtiyaclarının ödənilməsinə yönəlmiş müxtəlif səylər barədə fikir mübadiləsi aparmağa dəvət edib. Qeyd olunub ki, Avropa İttifaqı regionda baş verən bütün prosesləri diqqətlə izləyir. Görüşdə Hikmət Hacıyev Azərbaycanın Qarabağın erməni sakinlərinə humanitar yardım göstərmək və onların təhlükəsizliyini təmin etmək planlarını açıqlayıb.
Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri
Azərbaycan Qarabağ bölgəsində sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirlərini cəmi 23 saat ərzində uğurla tamamlamağa və bəhs olunan ərazidə özünün suverenliyini tam şəkildə təmin etməyə nail oldu. Antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycanın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Artıq prosesə başlanılıb və son bir neçə gündə xeyli silah-sursat müsadirə olunub.
Azərbaycan antiterror tədbirlərini özünün suveren hüquqları çərçivəsində həyata keçirib. Heç bir dövlət qonşu ölkənin onun ərazisində qeyri-qanuni ordu birləşmələri saxlamasına imkan verməz. Bu, suverenliyə, milli təhlükəsizliyə birbaşa təhdid anlamına gəlir. Təəssüf doğuran haldır ki, məğlub Ermənistan qalib Azərbaycanın çağırışlarına məhəl qoymur və üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin təxminən 10 minlik kontingentini ərazilərimizdən çıxarmağa tələsmirdi. Lokal xarakterli antiterror tədbirləri bu özbaşınalığın sonunu gətirdi.
Mülki əhali hədəfə alınmayıb
İndi regionda qalib Azərbaycanın iradəsi və gücü ilə formalaşan yeni reallıqlar var. Aİ-nin açıqlaması Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir. Təsdiq edir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri-qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmişdi.
Lokal xarakterli tədbirlərə start verilməzdən öncə Prezident İlham Əliyev müvafiq qurumlara yalnız legitim hərbi obyektləri hədəfə almaqla bağlı qəti göstərişlərini vermişdi. Bunu dövlətimizin başçısı xalqa müraciətində bir daha xatırladıb. Tədbirlər zamanı Prezident İlham Əliyevin bu qəbildən olan göstərişlərinə yüksək səviyyədə əməl olunub. Aİ-nin yaydığı məlumat bir daha təsdiq edir ki, Azərbaycan nəinki mülki əhalini hədəfə götürməyib, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. Antiterror tədbirlərindən sonra da Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir. Yerli sakinlər KİV-ə verdikləri müsahibələrdə birmənalı şəkildə bildirirlər ki, ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir.
Sülhün alternativi yoxdur
Aİ-nin yaydığı sənəddə ona vurğu edilir ki, antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıqlar şəraitində sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini səfərbər etməlidirlər.
Qeyd edək ki, regionda davamlı sülhün təmin edilməsi postmüharibə dövründə Azərbaycanın əsas çağırışlarından biridir. Müharibənin qalib tərəfi olan respublikamız heç bir ilkin şərt irəli sürmədən müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi ortaya qoyur. Azərbaycan sülh istəyini adekvat yanaşmaları və təşəbbüsləri ilə təsdiqləyir. Ölkəmiz postmüharibə dövründə sülhyaratma prosesinə qoşulan vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda daim kontruktivlik ortaya qoyub, eyni zamanda, qarşı tərəfə beş bənddən ibarət müfəssəl sülh paketi təqdim edib. Ancaq Ermənistanın sülhyaratma prosesinə yanaşması tamam fərqlidir. Bu ölkə məğlub durumda olmasına rəğmən, indiyədək daim əsassız iddialar səsləndirməklə, xaricəki havadarlarının təhriki ilə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesinə xələl gətirib. Ölkəmizin uğurla tamamladığı antiterror tədbirləri nəticəsində yaranan yeni reallıqlar regionumuzda sülh üçün yeni pəncərə açıb. Güman etmək olar ki, Ermənistan bu fürsəti düzgün dəyərləndirəcək və avantürist siyasətindən birdəfəlik əl çəkəcək. Əks halda bu ölkə daha ağır fəsadlarla üzləşə bilər.
İnsanlara humanitar yardım göstərilir
Aİ-nin yaydığı məlumatdan bir daha aydın olur ki, Azərbaycan özünün humanist siyasətinə sadiq qalaraq ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Məlum razılaşma əldə olunandan sonra respublikamız tərəfindən sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də, iki çörək dolu maşın Xankəndiyə yola salınıb. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə edilməklə təyinat yerinə çatdırılıb. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanılıb.
Eyni zamanda, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib. Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb. Yükə 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağı daxildir. Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılması üçün nəzərdə tutulub. Bir neçə gün öncə Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində xəsarət alanlarla bağlı Azərbaycanın irəli sürdüyü yardımlar təqdirəlayiqdir - bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib. Onlar fədakarlıq göstərərək yanğının daha geniş əraziyə keçməsinin qarşısını alıblar və onu bütünlüklə ram etməyə nail olublar.
Azərbaycan məlum hadisə baş verəndən sonra da Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərə humanitar yüklərin, o cümlədən çörək, un və digər zəruri qida məhsullarının yola salınmasını davam etdirir. Hadisə nəticəsində yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb. Sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil göndərilib. Bu qəbildən olan tədbirlər gələcəkdə də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Dekabr 10:14
Analitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00