Daşkəsəndə əsaslı təmirdən sonra bir sıra obyektlərin istifadəyə verilməsi mərasimi keçirilib
16.09.2011 [10:30]
Dünən Daşkəsən rayonunda təzə inşa edilmiş “Yeni həyat” xeyir-şər evinin, Z.Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar tədbir olub.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ictimaiyyət nümayəndələri qarşısında çıxış edərək, 2011-2012-ci tədris ilinin başlanması və “Yeni həyat” xeyir-şər evinin istifadəyə verilməsi münasibətilə daşkəsənliləri təbrik edib, onlara ən səmimi arzularını, istəklərini çatdırıb: “Bu gün sizin aranızda yaşla əlaqədar olaraq təqaüdə, istirahətə gedən müəllimlərimiz iştirak edirlər. Biz həmin insanları bu açılış tədbirlərinə dəvət etmişik ki, onları təntənəli surətdə dinc istirahətə göndərək. Sizin hər biriniz rayon ictimaiyyətinin, rəhbərliyinin ürəyində gözəl ziyalı kimi sevilir, əzizlənirsiniz. Bu hörməti, istəyi dövlətimizə, dövlətçiliyə, əbədiyaşar Ulu öndərimiz Heydər Əliyev ideyalarına sədaqətinizlə, yaratdığınız saf ideoloji təminatınızla qazanmısınız. Dünyanın ən gözəl peşəsi müəllimlikdir. Müəllimlik sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Gələcəyimiz olan uşaqlarımızın ilk dəfə həyata baxışını da formalaşdıran siz müəllimlərsiniz. Dünyanın, bəşəriyyətin sevgiyə, səmimiyyətə, müəllim təliminə həmişə ehtiyacı olubdur. çinlilərin gözəl bir atalar sözü vardır : Bir il sonranı düşünürsənsə, düyü ək, on il sonranı düşünürsənsə, ağac ək, yüz il sonranı düşünürsənsə, tərbiyəli və elmli nəsil yetişdir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev çox böyük siyasi ustalıqla iqtisadi kapitalı insan kapitalına çevirir. Deyilənləri rayonumuzun timsalında da aydın görürük. İndi Daşkəsən rayonunda 10 ümumtəhsil məktəbi, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisəsi müasir istilik sistemi ilə təchiz edilmişdir. Rayonumuzda təsillə bağlı problem, ehtiyac və qayğılara diqqət günbəgün artmaqdadır. Bu, bizləri yeni nailiyyətlərə ruhlandırır. 2011-2012-ci tədris ilində ölkə üzrə 12 180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə dərs ilinə başlayacaqdır. Son beş ildə ölkədə 2 mindən artıq yeni məktəb tikilmişdir. Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində Ulu öndərin təhsillə bağlı istək və arzuları layiqincə həyata keçirilməkdədir. “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında respublikamızın hər yerində Heydər Əliyev Fondunun uğurlu işləri ölkə ictimaiyyəti tərəfindən razılıqla, minnətdarlıqla qarşılanır. Bu gün açılışında iştirak etdiyimiz məktəbin tikintisi də məhz Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə rayonumuzda da son illər xeyli iş görülmüşdür. Fondun hesabına rayonda iki orta məktəb tikilmiş, bir uşaq bağçası və Uşaq, Gənclər İdman məktəbi əsaslı təmir olunmuşdur. Belə diqqət, qayğı üçün daşkəsənlilər Heydər Əliyev Fondunun rəhbərliyinə həmişə minnətdarlıq edirlər”.
Rayon rəhbəri nitqinə davam edərək qeyd edib, məhz təhsilə ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, rayonumuzda da təhsil uğurları ilbəil artır, ali məktəblərə qəbul olunan daşkəsənlilərin coğrafiya ünvanları genişlənir: “İndi Daşkəsəndə möhtərəm Prezidentimizin Sərəncamına əsasən rayonumuzdan 6 nəfər əməkdar müəllim adına layiq görülmüş, 4 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir. Sizin uğurlarınıza, gələcək nailiyyətlərinizə həmişə diqqət və qayğı olacaqdır”.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dərin məzmunlu çıxışında ölkəmizdə gedən uğurlu işlərdən, regionların sosial-iqtisadi inkişafından, möhtərəm Prezident İlham Əliyevin beynəlxalq aləmdə razılıqla qarşılanan daxili və xarici siyasətindən danışıb, rayonun pedaqoji ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, “Yeni həyat” xeyir-şər evinin qapılarının daim daşkəsənlilər üçün xeyir işlərə açılmasını diləyib. O, qeyd edib ki, rayon rəhbərinin daxili imkanlar hesabına inşa olunan bu tikili uzun illər daşkəsənlilərin ehtiyac və qayğılarını ödəyəcək.
Açılış mərasimlərində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, YAP rayon təşkilatının şura üzvləri, rayon sakinləri, veteranların nümayəndələri öz çıxışlarında daşkəsənlilərə göstərilən bu diqqət və qayğı üçün möhtərəm Prezidentimizə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.
Z.Bağırov adına Yuxarı Daşkəsən qəsəbə orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimindən “Yeni həyat” xeyir-şər evinin açılşına toplanan ictimaiyyət nümayəndələrini rayon incəsənət ustaları musiqi nömrələri ilə salamlayıblar. ümumrayon açılış tədbirləri ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə başa çatdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

