ABŞ-dan həyəcan siqnalı
19.07.2023 [11:37]
“F-16”lar və “F-35”lər Hörmüz boğazına niyə gəlir?
Günel ABBASOVA
ABŞ Hərbi Dəniz Donanması ötən həftə İranın Hörmüz boğazı yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd etdiyini, hətta onlardan birinə atəş açdığı xəbərini yayıb. Rəsmi Vaşinqton Tehranın bu həmlələrinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib. Qeyd edək ki, ABŞ hökuməti artıq bir müddətdir ki, Hörmüz boğazı üzərində “A-10” qırıcı təyyarələrini “patrula çıxarır”. İranın neft tankerlərini ələ keçirmək cəhdlərinin artmasına cavab olaraq isə bu həftənin sonunda Körfəzə yeni “F-16” donanması göndərəcək. Bu barədə ABŞ-ın yüksəkrütbəli hərbi rəsmisi bildirib. Pentaqon rəsmisi ABŞ-ın Rusiya, İran və Suriya arasında getdikcə daha möhkəmlənən əlaqələrindən narahatlığını dilə gətirib. O əlavə edib ki, bu üç ölkə ABŞ-ı Suriyadan sıxışdırıb çıxarmaq istəyir.
Xatırladaq ki, bu açıqlama Rusiya təyyarələrinin Suriya səmasındakı təhlükəli və qeyri-peşəkar manevrlərindən sonraya təsadüf edir. Birləşmiş Ştatların rəsmisi deyib ki, “A-10” təyyarələri artıq bir həftə yarımdır ki, Hörmüz boğazı və daha geniş Körfəz əraziləri üzərində uçur. Biz bu dəstəyi daha da gücləndirmək üçün bu həftə sonu “F-16”-ları uçurmağa başlayırıq. Onun sözlərinə görə, yeni donanmanın göndərilməsi ABŞ-a bölgədə hansı gəmilərin üzdüyünü, nə daşıdığını və kimə məxsus olduğunu “daha yaxından görməyə” imkan verəcək, həmçinin gəmilərin risk dərəcəsini qiymətləndirməyə şərait yaradacaq.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ABŞ-ın Hörmüz boğazına “F-16” və “F-35” qırıcılarını göndərməsi heç şübhəsiz ki, bu ərazidə geopolitik qarşıdurmalarla bağlıdır. Xüsusilə Yaxın Şərq hər zaman böyük güc mərkəzlərinin diqqət mərkəzindədir və zaman-zaman burada müxtəlif eskalasiyalar yaşanır. Ən tez alovlanan problem İsrail-Fələstin münaqişəsi ilə bağlıdır: “Bununla yanaşı, Səudiyyə Ərəbistanın, İranın burada kəsişən maraqları hər zaman diqqət çəkir. Son dövrlər İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında olan problemlər, enerji və karbohidrogen ehtiyatların bölüşdürülməsi istiqamətində mövqelərin uzlaşdırılmaması müxtəlif problemlərə yol açır. Biz hazırda Amerika Birləşmiş Ştatlarının burada öz mövqelərini gücləndirmək, gövdə nümayişini həyata keçirmək naminə öz strateji arsenalına müraciət etməsini müşahidə edirik”.
Onun sözlərinə görə, “F-16”-lar ilə yanaşı, müasir “F-35”-lərin də Hörmüz boğazına göndərilməsi həm də bir mesajdır, siqnaldır: “Bu Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiyanın burada olan mövqelərinin zəiflədilməsi, həm digər böyük güclərin son dövrlər artan həmlələrinin qarşısının alınması istiqamətində ismarıc kimi qiymətləndirilə bilər. Çünki biz həm də görürük ki, bir sıra böyük dövlətlər Səudiyyə Ərəbistanı ilə İranı barışdırmağa nail oldu. Hətta bəzi məqamlarda bəzi sənədlər də masaya yönləndirilir - “Diplomatik münasibətlərin təsis edilməsi” haqqında razılaşma da var. Nəhayət, bütün bunların, ən əsas Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ dünyanın digər bölgələrində də öz maraqlarını təmin etmək naminə müvafiq addımlar atır”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50

