/ / Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş bir qrup şəxsə mükafatlar təqdim edilib
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş bir qrup şəxsə mükafatlar təqdim edilib
07.07.2011 [09:58]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbiri açan akademik Ramiz Mehdiyev mərasimin iştirakçılarını salamlayaraq deyib: “Azərbaycana gəlmiş, qurultayda iştirak etmiş diaspor nümayəndələrini, bu gün burada iştirak edən insanların hamısını salamlayıram. Sizin hamınıza cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Fəaliyyətiniz haqqında dünən cənab Prezident proqram xarakterli nitqində çox ətraflı bəhs etdi, diaspor quruculuğu işinə qiymətini də verdi. Ona görə, mənim üzərimə başqa bir missiya düşür. Bildiyiniz kimi, cənab Prezident diaspor nümayəndələrinin bir qrupunu orden, medal və fəxri adlarla təltif edibdir. Onun tapşırığı əsasında mən bu gün bu təltifin bir hissəsini bizim diaspor nümayəndələrinə təqdim etmək istəyirəm.
Bu, çox əlamətdar bir hadisədir. çünki həqiqətən də cənab Prezidentin diqqəti nəticəsində bizim diaspor nümayəndələri hərəsi öz ölkəsində çox səmərəli fəaliyyət göstərirlər, Azərbaycanı təmsil edirlər. Azərbaycanı özləri sevdiyi kimi, çalışırlar ki, yaşadıqları ölkələrin xalqlarına da tanıtsınlar.
Bildiyiniz kimi, son 7-8 ildə Azərbaycan çox sürətlə inkişaf edib. Bu, hamının gözü qabağında olan geniş bir prosesdir. Bu prosesdə siz də iştirak edirsiniz, o mənada ki, Azərbaycanda görülən bütün yaxşı işləri, həyata keçirilən tədbirləri, Azərbaycanın inkişafı ilə bağlı həqiqətləri yaşadığınız ölkələrdə insanlara çatdırırsınız.
ümummilli lider Heydər Əliyev 2001-ci ildə I qurultayda çox məzmunlu, çox mənalı çıxış etmişdi. Demək olar ki, o çıxışdan, o qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir xarakter almışdır. Yəni o müddətə qədər, ayrı-ayrı şəxslər işləri aparır, tədbirləri keçirirdilər. Birinci qurultaydan ötən on ildə diaspor təşkilatları uğurlu yol keçib və çox böyük təcrübə qazanıbdır.
Mən deyə bilərəm ki, biz Prezident Administrasiyasında bu təşkilatların fəaliyyəti haqqında geniş məlumatlar alırıq. Bu da bizi sevindirir. Ona görə ki, Azərbaycan diasporunun fəaliyyəti artıq istər-istəməz öz təsirini yaşadıqları ölkələrdə də göstərir. Dövlət və hökumət qurumları onların fəaliyyətinə, qaldırdıqları məsələlərə öz reaksiyalarını verirlər. Bu da çox yaxşı haldır. Bu mənada ki, Azərbaycanın artıq qüdrətini, gücünü təkcə diaspor təşkilatlarında yox, həmin ölkələrdə də hiss edirlər.
Bütün bu işlərə görə cənab Prezident dünən öz nitqində sizin hamınıza təşəkkürünü bildiribdir. Mən də bugünkü fürsətdən istifadə edərək hamınızı təbrik etmək istəyirəm. Azərbaycan xalqı, Azərbaycan dövləti üçün çox lazımlı işlər gördüyünüzə görə sizin hamınıza təşəkkürümü bildirirəm. Doğrudan da dünən cənab Prezidentin qeyd etdiyi kimi, bizim hər birimizdə, hər bir azərbaycanlıda Azərbaycana məhəbbət, sevgi, Azərbaycan haqqında düşünmək hissləri olmalıdır. Əgər biz istəyirik ki, Azərbaycan dövləti dünyada indiyədək qazandığı nüfuzu bundan sonra da artırsın, Azərbaycanı dünyada qabaqcıl, müasir, inkişaf etmiş bir dövlət kimi tanısınlar və saysınlar, hamımızda bu hiss, bu sevgi olmalıdır.
Bütün bu işlərin, yenə deyirəm, nəticəsində sizin də payınız vardır. Bu, kifayət qədər böyük bir paydır. Bir daha sizin hamınıza təşəkkürümü bildirirəm. İndi isə icazə verin, öz missiyamı yerinə yetirim və cənab Prezidentin sizi təltif etdiyi mükafatları təqdim edim”.
Sonra təltif barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il iyulun 4-də imzaladığı sərəncamlar oxunub.
Prezident Administrasiyasının rəhbəri xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş Eldar Əfəndiyevə “Dostluq” ordenini, 30 nəfərə isə “Tərəqqi” medalını təqdim edib.
Sonra elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş şəxslərə “Əməkdar Elm Xadimi”, “Əməkdar İncəsənət Xadimi”, “Əməkdar Artist”, “Əməkdar Rəssam”, “Əməkdar Jurnalist”, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarının döş nişanları və vəsiqələri təqdim olunub.
Təltif olunanlar onların fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, bu mükafat onların vahid azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşərək, xalqımızın tarixini, mədəniyyətini, incəsənətini, milli mənəvi dəyərlərini, eləcə də ölkəmizlə bağlı həqiqətlərin yaşadıqları ölkələrdə təbliği işində daha fəal olmağa ruhlandırıb.
Təltif olunanları təbrik edən akademik Ramiz Mehdiyev deyib: “Biz birlikdə çox gözəl dəqiqələr yaşadıq. Hazırda Azərbaycan diaspor təşkilatlarının sayı 416 olsa da, bu qurumların tərkibində çalışan insanların sayı, əlbəttə ki, minlərlə ölçülür. Əgər Rusiyanı da nəzərə alsaq, bəlkə də bir neçə milyondur. Ancaq bütün bu insanların arasından siz cənab Prezident tərəfindən təltif olunmusunuz. Bu, hər birimiz üçün böyük fərəhdir, deyərdim ki, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyə görə cənab Prezidentə “Sağ ol!” deyirik, Ona uğurlar arzulayırıq. Sizin hər birinizi bir daha təbrik edirəm, sizə fəaliyyətinizdə yeni-yeni uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

