/ / Herman Van Rompey: Prezident İlham Əliyev Azərbaycanın sadiq tərəfdaş olduğunu bu gün təsdiqlədi
Herman Van Rompey: Prezident İlham Əliyev Azərbaycanın sadiq tərəfdaş olduğunu bu gün təsdiqlədi
24.06.2011 [09:51]
Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa İttifaqının prezidenti Herman Van Rompey çıxış edərək, Prezident İlham Əliyevi ölkəmizin “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi münasibətilə təbrik edib.
O, diqqətə çatdırıb ki, Avropa Azərbaycan ilə əlaqələrin güclənməsinə sadiqdir: “Buna görə də biz Assosiativ saziş ilə bağlı danışıqların inkişafından razıyıq. Bizim Azərbaycan və Şərq tərəfdaşlarımız ilə münasibətlərimizə sadiqliyimiz sentyabrda Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” Sammitinə hazırlığımızda və gözləntilərimizdə də öz əksini tapmışdır. Bu gün də müzakirə etdiyimiz kimi, Varşava sammiti həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacaqdır. Buraya “Şərq tərəfdaşlığı”nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqlik, xüsusilə demokratik prinsiplər və təcrübələr, insan hüquqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyi aiddir. Biz ümid edirik ki, sammit tərəfdaşlarımızın Avropa İttifaqının seçilmiş proqramlarında və təsisatlarında iştirakının təşviqinə təkan verəcəkdir. Həmçinin ümidvaram ki, bu sammit siyasi əməkdaşlığın və dialoqun inkişafı yollarını, eyni zamanda, regional təhlükəsizliyin gücləndirilməsi və münaqişələrin həlli yollarının araşdırılması, ümumi maraq doğuran müəyyən qlobal və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan olacaqdır. Bu baxımdan və Sizin Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu həftə Dağlıq Qarabağ münaqişəsinə dair keçiriləcək yüksək səviyyəli görüşdə iştirak etmək üçün Kazan şəhərinə səfəriniz işığında, mən Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstəyini vurğulamışam. Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır. Bu, tez bir zamanda sülh danışıqlarına başlamağa imkan yaradacaqdır. Avropa İttifaqı münaqişənin gücdən istifadə etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir.
Nəhayət, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin digər əsas elementi enerji sahəsidir. Mən şadam ki, Prezident İlham Əliyev Azərbaycanın sadiq tərəfdaş olduğunu bu gün təsdiqlədi. Əminəm ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə də enerji ilə təmin etməyə davam edəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək söyləyib ki, Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir: “Cənab Prezidentin də qeyd etdiyi kimi, “Şərq tərəfdaşlığı” Proqramı fəal dialoq üçün yeni imkanlar yaradır. Biz Assosiativ saziş üzərində işləyirik. ümid edirik ki, bu saziş bir çox sahələri əhatə edən və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir. Azərbaycanda islahatlar - siyasi, iqtisadi islahatlar davam edir. Bu islahatların aparılmasında nə qədər çox uğur əldə etsək, biz bir o qədər də Avropaya yaxın olarıq. Bu gün mənim Brüsseldə keçirdiyim görüşlərdə bütün sahələrdə daha da güclü əlaqələr qurmaq üçün qarşılıqlı maraqları bir daha açıq-aydın görə bilərik.
Cənab Prezident, Siz münaqişənin həllinə toxundunuz. Biz avropalı dostlarımıza Minsk prosesini dəstəklədiklərinə görə çox minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin “status-kvo qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktı sənədləri əsasında həll edilməlidir” bəyanatı bizi olduqca həvəsləndirdi. Bu iki prinsip ziddiyyət təşkil etmir. Bizə elə bir saziş lazımdır ki, burada Azərbaycanın ərazi bütövlüyü qorunsun və regionun bütün sakinləri azad və sülh şəraitində yaşasınlar. Düşünürəm ki, Minsk qrupunun təklifi belə bir çərçivəni yaradır. Biz erməni həmkarlarımızdan danışıqlara konstruktiv yanaşma gözləyirik. Ərazilərimizin işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik.
Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixi vardır. Bir neçə il bundan əvvəl bizə Xəzərin neft ehtiyatlarını beynəlxalq və Avropa bazarlarına çıxarmağa imkan verən Bakıdan Aralıq dənizi sahillərinə böyük neft boru kəməri inşa edildi. Bizim artıq əməkdaşlıqda yaxşı təcrübəmiz vardır. Bu gün Avropa bizim enerji resurslarımızın əsas istehlakçısıdır. Avropa bizim ən böyük ticarət tərəfdaşımızdır. Əminəm ki, bu dəhlizdən qaz resurslarının nəqli üçün istifadə bizə avropalı istehlakçıların etibarlı təbii qaz təminatçısı olmağa imkan verəcəkdir. Biz bu istiqamətdə olduqca fəal işləyirik. Yanvarda xüsusi işçi qrupu yaradılıb. Cənab Barrozunun bu ilin yanvarında Bakıya səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı bəyannamə imzalanıb. İndi gələcək əməkdaşlıq üçün bizim çərçivəmiz vardır. ümid edirik ki, bu ilin sonunadək biz bununla bağlı bütün lazımi işləri yekunlaşdıracağıq. Bu, bizə qaz potensialımızdan vətəndaşlarımızın rifahı naminə istifadə etmək, Avropaya isə gələcəkdə alternativ, etibarlı və böyük qaz resursları əldə etmək imkanı verəcəkdir. Bizim maraqlarımız təkcə enerji məsələsində deyil, həm də bu gün toxunduğumuz məsələlərdə üst-üstə düşür. Əminəm ki, Avropa İttifaqı və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

