Beynəlxalq ictimaiyyət aldanmayacaq
08.03.2023 [10:15]
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qanunsuz silah daşınmasının qarşısını almasını və bu səbəbdən martın 5-də baş verən silahlı insidenti yanlış formada beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Paşinyan Fransanın Cənubi Qafqaz üzrə nümayəndəsi Bris Rokefo ilə görüşündə yenə də Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti təhrif edib, həm də martın 5-də ordumuzu guya “silahsız ermənilərə” hücum etməkdə ittiham edib. O, hətta baş verənləri ermənilərə qarşı “terror” adlandırmaqdan da çəkinməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə Nikol Paşinyanın əsassız açıqlamalarına cavab verib. O, tviterdəki paylaşımında qeyd edib: “Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır. Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”.
Ümumiyyətlə, Azərbaycan 1980-ci illərin sonlarından Ermənistanın ərazi iddiaları və hərbi təcavüzündən ciddi zərər çəkib. Nəticədə torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. Təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmişdi. 2020-ci ilin payızında isə Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.
Lakin Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını hələ də yerinə yetirmir. Belə ki, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və ərazilərimizdə müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Ötən il Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilməsi, eləcə də Qarabağdakı erməni separatçılarını minalarla təmin etməsi buna sübutdur. Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan Qarabağ separatçılarına silah daşınması cəhdi də qanunsuz əməllərin davamıdır. Ordumuzun keçirdiyi əməliyyat isə tamamilə qanunidir. Çünki Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükələrin neytrallaşdırılması məqsədilə bu əməliyyatı həyata keçirib. Lakin Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün yanlış məlumatlar yayır. Bütün bunlar isə Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunələrə çox uyğun gəlir. Belə ki, rəsmi İrəvan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji təxribatlara əl atırdı. İndi yenə də bu siyasətini davam etdirmək istəyir. Paşinyanın terror iddialarına gəlincə, terrorun Ermənistanda dövlət səviyyəsində həyata keçirdiyini bütün dünya bilir. Bu ölkənin Azərbaycana və onun vətəndaşlarına qarşı terror cinayətləri törətməsinin sayı-hesabı yoxdur.
Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. İki ölkə arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib. Eyni zamanda, dövlətimiz öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir. Bu baxımdan, Ermənistanın təxribatlarının qarşısı bundan sonra da alınacaq.
Xəbər lenti
Hamısına baxElanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24

