"Müdriklik zirvəsi" kitabının təqdimat mərasimi keçirilib
30.04.2011 [09:50]
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə institutun Heydər Əliyev mərkəzində olub, Ulu öndərin zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Təqdimat mərasimini açan institutun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə çap olunmuş “Müdriklik zirvəsi” kitabı Ulu öndərin əziz xatirəsinə sönməz məhəbbətin ifadəsidir. ölkə mətbuatında bu müdrik şəxsiyyətin zəngin həyatı və dövlətçilik fəaliyyəti ilə bağlı çoxsaylı məqalələrin yazıldığını diqqətə çatdıran rektor bildirib ki, məhz bu ümumxalq məhəbbəti qeyd edilən kitabın yaranması ideyasının ortaya çıxmasına səbəb olub.
Respublikamızda yaxşı tanınmış 60-dan artıq müəllifin ümummilli liderə həsr olunmuş məqalələri qısa zaman ərzində toplanaraq nəfis kitab halında çap edilib. Həmin məqalələrin Ulu öndərin nəhəng dövlətçilik fəaliyyəti haqqında gənclərdə düzgün təsəvvürün formalaşmasına yaxından təsir edəcəyini vurğulayan rektor kitabın gələcək nəsillər üçün də əhəmiyyətini qeyd edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müasirləri olmuş, bu böyük şəxsiyyətlə birlikdə çalışmış insanların fikirləri Onu daha yaxından tanımaq baxımından da əhəmiyyətlidir. Ulu öndər haqqında ən böyük əsərin məhz bu böyük insanın özü tərəfindən yaradıldığını qeyd edən rektor bildirib ki, bu, Onun qurduğu və bu gün sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan müstəqil Azərbaycan dövlətidir.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli liderlə bağlı xatirələrini bölüşüb, bildirib ki, bu işıqlı şəxsiyyətin parlaq şüaları müstəqil dövlətimizin inkişaf yolunu əbədi işıqlandıracaq. Ulu öndərlə gənc yaşlarından birlikdə çalışdığını qeyd edən F.Heydərov hələ keçmiş SSRİ dövründə geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanın məhz bu yorulmaz liderin gərgin zəhməti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində qısa zaman kəsiyində qabaqcıllar sırasına çıxdığını xatırladıb. Onun rəhbərliyi ilə Azərbaycanın sənaye sahələrinin sürətlə inkişaf etdiyi, əhalinin firavan həyatının təmin olunduğu respublikaya çevrildiyi xüsusi qeyd olunub.
Vurğulanıb ki, məhz Ulu öndər tərəfindən həmin vaxt əsası qoyulan azərbaycançılıq ideologiyası nəticəsində ölkədə milli-mənəvi dəyərlərin, mədəniyyətin, təhsilin inkişaf etməsi davamlı xarakter almışdı.
Müstəqillik dövründə vətəndaş müharibəsinin qarşısının alınması, ölkənin parçalanmadan xilas edilməsi, Azərbaycan dövlətinin formalaşması kimi taleyüklü vəzifələri həll edən Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın bu gün də uğurla davam etdirildiyi vurğulanıb.
Tədbirdə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib ki, bu günlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi kimi dünyada şöhrət tapmış Ulu öndərimizin nurlu xatirəsini yad edirik. Əslində, bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaldıb ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər xarici ölkələrə səfərlərində Onu müşayiət edib, respublikada keçirilən yığıncaqların, qəbulların, görüşlərin tam əksəriyyətində iştirak etmiş A.Aslanov bir jurnalist kimi, görkəmli dövlət və siyasi xadimlərin, diplomatların, müxtəlif peşə sahiblərinin, tanınmış qələm ustalarının bu dahi şəxsiyyətə göstərdiyi böyük ehtiramın şahidi olduğunu vurğulayıb. Azərbaycan xalqının ümummilli liderinin böyüklüyünün bütün dünyada etiraf edildiyini, fenomen şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik şəksiz lider kimi Ona böyük rəğbət bəslənildiyini vurğulayan A.Aslanov dövrün görkəmli dövlət xadimlərinin Ulu öndər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təqdimat mərasimində çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov, Milli Məclisin deputatları professor Musa Qasımlı və Flora Qasımova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyev haqqında xatirələrini söyləyib, Onun çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif sahələri haqqında danışıblar. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev nəsillərə örnək olan mənalı ömrünü bütünlüklə doğma Azərbaycanının inkişafına həsr edib, misilsiz xidmətləri ilə nəinki ölkəmizin, həm də dünya diplomatiyasının tarixində silinməz iz qoyub.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.
İcra başçısı qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq. Azərbaycanın müstəqilliyi isə əbədidir, Azərbaycan xalqı da tarix durduqca yaşayacaq.
A.Fərzəliyev bildirib ki, Ulu öndərin titanik fəaliyyətinin, müdrik daxili və xarici siyasətinin geniş miqyasda öyrənilməsi və təbliği məsələləri ilə məşğul olmaq hər birimizin müqəddəs borcudur. Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının ideya və ön sözün müəllifi olduğu “Müdriklik zirvəsi” kitabını bu yöndə atılmış uğurlu addımlardan biri adlandıran icra başçısı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirə yekun vuran rektor Aqiyə Naxçıvanlı əmin olduğunu bildirib ki, dahi lider Heydər Əliyevin nəhəng fəaliyyətinin öyrənilib araşdırılması bundan sonra da davam etdiriləcək və bu barədə neçə-neçə sanballı əsərlər yazılacaq.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

