Ermənistan şantaj yolunu seçib
29.12.2022 [11:02]
Siyasi manipulyasiyalarla prosesdəki varlığını qorumağa çalışır
Ermənistan yenidən öz ampluasındadır. Belə ki, rəsmi İrəvan dekabrın 12-dən başlayaraq davam edən azərbaycanlı ekofəalların haqlı etirazlarına reaksiya vermək istəmir.
Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan əksinə, yaranan situasiyadan özü üçün siyasi dividend axtarışına çıxıb. Azərbaycanın haqlı etirazlarını Ermənistanın səhv yönümdə “təbliğ” etməsi isə bəlli məsələdir - rəsmi İrəvan azərbaycanlı ekofəalların haqlı arqument və tələblərini ikinci plana keçirərək bu etirazları “siyasi müstəviyə” transfer etməyə çalışır. Və bundan da qazanc əldə etmək istəyir. Son günlərdə Ermənistanın, separatçı rejimin, erməni lobbisinin bütün imkanlarını səfərbər etməsi də bundan xəbər verir. Ermənilər öz havadarlarının əli ilə Azərbaycanın haqlı etirazlarını beynəlxalq müstəviyə səhv istiqamətdə təqdim edirlər. Hətta bəzi beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı “sənəd müzakirəsi” belə açmaq niyyətini bəyan edir - bu isə, Azərbaycanı yolundan döndərə bilməz. Bu kimi “təsir və ya təzyiqlər” Azərbaycanın öz milli maraqlarını qoruması ilə bağlı mövqeyini dəyişə bilməz.
Rəsmi İrəvanın şantaj siyasəti...
Maraqlıdır ki, ermənilər yaranan situasiyadan şantaj məqsədilə də istifadə etməyə çalışır. Məsələn, erməni müxalifətinin bəzi təmsilçiləri bəyan edirlər ki, guya Laçın yolunun “bağlanması” Ermənistana birbaşa təsir etmək cəhdidir. Ermənilər öz oxlarını Rusiyaya yönəldirlər və bu addımı Rusiya-Azərbaycan razılaşması kimi təqdim etməyə çalışırlar. Hətta ermənilərə məxsus telegram kanallarında yayılan məlumatlara görə, Nikol Paşinyan Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatından sonra Laçın yolu ilə bağlı Kremlin qarşısına şərt qoyub - iddiaya görə, Paşinyan bildirib ki, yanvarın 10-na kimi Laçın yolu məsələsi həll edilməsə, Ermənistan 2023-cü ilin sonunda KTMT və MDB üzvlüyündən çıxmağı nəzərdə tutur. Qeyd edək ki, İrəvanın bu qurumlarda üzvlüyü 2023-cü ildə başa çatır.
Digər bir şantaj isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən səsləndirilib. Yerli İctimai Televiziyaya müsahibəsində o, Rusiyanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmək üçün təzyiqlər göstərdiyini bildirib. Buna cavab olaraq isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səslənən bəyanatları təxribat xarakterli hesab edib. Kremlin sözçüsü erməni mətbuatına açıqlamasında bildirib ki, belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. “Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və kimsə vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, - deyə Peskov söyləyib.
Əslində bu kimi “tryuklar” ermənilərin hər zaman əl atdıqları metodlardır. Haqsız olduqları halda özlərini haqlı kimi təqdim etmək onların köhnə peşələridir. Bu kimi şantajla isə Ermənistan Rusiyaya mesajlar verir:
- İlk növbədə, Paşinyan Qərbə “üz çevirəcəyini” deməyə çalışır;
- Vardanyan planından xəbərdar olduğunu bildirir;
- KTMT ilə bağlı “hədəflərindən” əl çəkmədiklərini nümayiş etdirir.
Başqa sözlə, Ermənistan Rusiyaya yolla bağlı “problemi” bu və ya digər şəkildə həll etməsə, bundan sonra Qərbin maraqları çərçivəsində hərəkət edəcəyi ilə bağlı “ultimatum” verir. Amma bu “hədə”nin özündə də bir qorxu hissinin olması ortadadır. Ermənistan anlayır ki, onun nə Qərb, nə də Rusiya üçün elə də mühüm əhəmiyyəti yoxdur. Tam əksinə, Azərbaycanla əlaqələri möhkəmləndirmək həm Qərbin, həm də Rusiyanın arzusudur. Ermənistan isə istifadə edilən alət kimi qəbul edilir. Belə olan təqdirdə rəsmi İrəvan siyasi manipulyasiyalarla özünün prosesdəki varlığını qorumağa çalışır...
Ermənilər kimin əlinə “oynayır”?
Təbii ki, Rusiyanın bəzi məqamlarda İrəvanı tam narazı salmamaq, hətta könlünü almaq cəhdləri də sezilir. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Laçın yolu ətrafında baş verən bu kimi hadisələr sülh müqaviləsi də daxil olmaqla, ümumi müzakirə mühitini çətinləşdirir. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və bütün istiqamətlərdə birgə işin tezliklə bərpasını gözləyirik”.
Qaluzinin sözlərinə görə, bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil: “Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”.
Əslində Qaluzinin sözləri Rusiyanın bir müddət öncə ortaya qoyduğu mövqe ilə uzlaşır - necə ki, sülh müqaviləsinin bağlanmasının uzadılması ilə bağlı fikirlər səsləndirilmişdi. Xatırlayaq ki, bir neçə ay öncə Valday Diskussiya Klubunda çıxışı zamanı Rusiya prezidenti də təxminən buna oxşar fikirlərlə çıxış etmişdi. Görünür, Azərbaycanın haqlı etirazlarını görməzdən gəlmək, ermənilərin yaranan situasiyanı qeyri-müəyyən zamana qədər uzatmaq arzusu bəzi xarici dairələrin də marağına xidmət göstərir. Bu baxımdan da, ermənilərin ortaya atdıqları bu “problem” onların da planlarına uyğun gəlir - sülhün imzalanması uzandıqca, regiona nüfuz etmək də daha asan olur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

