Kopırkinin “Qarabağ nağılları”...
05.11.2022 [10:38]
Rusiyanın İrəvandakı səfiri erməni auditoriyasının diqqətini cəlb etməyə çalışır
Oktyabrın 31-də baş tutan Soçi görüşü Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi - Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” fikri qarşı tərəfi “narahat edən” bütün məqamlara aydınlıq gətirdi. Beləliklə, Ermənistan, o cümlədən problemin həllinin uzanmasını istəyən dairələr Azərbaycanın qəti mövqeyinin şahidi oldu. Amma görünən budur ki, həmin dövlətlər yeni spekulyasiyalara əl atmağa niyyətləniblər. Məsələn, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia etməsi bunu sübut edir.
Bəli, səfirin bu “iddiası” ilkin növbədə diplomatik etiketdən kənardır. Çünki bir dövlətin daxili işinə qarışmaq, onunla bağlı hansısa “fikri” söyləmək yanlışdır. Digər tərəfdən, 44 günlük müharibənin nəticələri və Azərbaycan Prezidentinin “hər hansı bir statusdan söhbət belə gedə bilməz” bəyanatı bu iddiaya ən düzgün cavabdır. Səfirin Ermənistana xoş gəlmək üçün söylədiyi bu iddianın heç bir əsası yoxdur.
Bəzi ekspertlərin fikrincə, səfirin bu açıqlamasının arxasında Rusiya prezidenti Vladimir Putinin “Valday” diskussiya klubunda etdiyi çıxışın tezisləri dayanır. Putinin ermənilərə verdiyi mesajdan “təsirlənərək” belə fikirlər səsləndirən səfir bununla Ermənistanın daxili auditoriyasına “müraciət edir”, onlara olmayan, boş ümidlər verir. Amma bu addım da uğursuzdur.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi səfir Kopırkinə töhmət verib. Belə ki, Kreml Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin işindən narazıdır. Səfir Rusiyanın Ermənistanda yürütdüyü real siyasi xətti həyata keçirə bilməməkdə, ona tapşırılan konkret tapşırıqların faktiki olaraq yerinə yetirilməməsində və nəticədə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsində ittiham olunub. Demək ki, özünü “sığortalamağa” çalışan səfir düşdüyü çətin durumdan Azərbaycanın əleyhinə, yalan, boş fikirləri ilə çıxmaq istəyir. Amma onun bu cəhdi də fiaskoya məhkumdur.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli uğursuz adlandırdığı bu fikrin ortaya atılmasının bir neçə səbəbinin olduğunu bildirib. Politoloqun fikrincə, səfirin bu iddiası Valday Diskussiya Klubunda Rusiya prezidentinin çıxışı ilə həmahəngdir: “Rusiya Ermənistanın Qərbə tərəf meyil etməsindən ehtiyatlandığı üçün onu yenidən özünə cəlb etməyə çalışır. Səsləndirilən yersiz fikirlərin arxasında da məhz bu amil dayanır. Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb” fikrini səsləndirməsi, eyni zamanda görüşün yekunu ilə bağlı imzalanan bəyanatda bu haqda bir sözün belə yer almaması Azərbaycanın qəti diplomatik qələbəsidir. Bu fikirlər məsələnin həll edildiyini göstərir. Səfir isə guya Qarabağ məsələsinin həll edilmədiyini, guya gələcək nəsillər tərəfindən həll edilə biləcəyini irəli sürür. Belə fikirləri qəbul etmək mümkün deyil. Hətta onun təhlükəli olduğunu da qeyd etmək lazımdır”.
Politoloqun fikrincə, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbə nəticəsində regionda yeni siyasi reallıqlar yaradıb və bu reallıqlar hər kəs tərəfindən də qəbul edilib. “Rusiyanın son davranışları müəyyən mənada anlaşılandır. Brüssel sülhyaratma prosesinə mane olmaq, hətta vəziyyəti indiki halda dondurmaq üçün edilən cəhdlər boşa çıxır. Azərbaycan özünün qətiyyətini nümayiş etdirir. Artıq Rusiyanın başqa əlacı qalmayıb. Bu kimi siyasi manipulyasiyalarla Ermənistanın Qərbə üz tutmasının qarşısını almağa çalışırlar. Təbii ki, adını vasitəçi qoymuş bir ölkənin rəsmilərinin bu kimi fikirlərlə çıxış etməsi absurddur”, -deyə Q.Hüseynli əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

