3000 metr yüksəklikdə qazanılan qələbələr
24.09.2022 [10:21]
MÜBARİZ
Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının köməyi ilə ərazilərimizin 20 faizini ələ keçirən düşmən orada üç onilliyi əhatə edən işğal dövründə böyük vəsaitlər hesabına bir neçə mərhələdən ibarət müdafiə sədləri qurmuşdu. Ərazinin relyefi də qarşı tərəfə böyük üstünlüklər yaradırdı. Düşmən güman edirdi ki, bu sədləri keçmək Azərbaycan Ordusuna heç vaxt müyəssər olmayacaq. Ancaq düşmən öz qənaətlərində yanılırdı. Azərbaycan Ordusu mümkünsüz görünəni mümkün etdi. Döyüş meydanlarında misilsiz şücaətlər və yüksək peşəkarlıq nümayiş etdirən Silahlı Qüvvələrimiz cəmi 44 ərzində düşməni diz çökdürməyə nail oldu. 44 günün tamamında hərbi birləşmələrinin döyüş qabiliyyətini tamam itirdiyini başa düşən Ermənistan rəhbərliyi bu ölkə üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Rəşadətli Ordumuz postmüharibə dövründə də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Postmüharibə dövründə qalib Azərbaycan müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Respublikamız regionda əməkdaşlıq və təhlükəsizlik üçün etibarlı zəmin yaradılmasına nail olmağa çalışır. Bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalı, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməidir. Müharibənin məğlub tərəfi olan Ermənistan isə hər vəchlə sülh proseslərinə maneələr yaratmağa çalışır. Ermənistana məxsus hərbi birləşmələrin son günlərdə iki ölkə arasındakı şərti sərhəddə tez-tez təxribatlara əl atmaları bunu əyani şəkildə təsdiqləyir. Düşmənin sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə növbəti dəfə törətdiyi genişmiqyaslı təxribatların qarşısı Ordumuzun “Qətiyyətli cavab” əməliyyatı ilə alındı. Bundan sonra Azərbaycan vasitəçilərin səyləri ilə əldə olunan atəşkəs rejiminə ciddi şəkildə əməl etsə də, eyni sözləri Ermənistan barədə demək mümkün deyil. Bu ölkənin silahlı birləşmələri şərti sərhəd boyunca Ordumuzun mövqelərini atəşə tutmaqda davam edirlər. Hərbi ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan”a açıqlamasında Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Qələbəni və sərhəddə törədilən təxribatların qarşısını alarkən nümayiş etdirdi?i yüksək peşəkarlığı dəyərləndirib. Silahlı Qüvvələrimizin Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə həm Qarabağ ərazilərini, həm də Azərbaycanın Şərqi Zəngəzur bölgəsini düşmən tapdağından azad etdiyii bildirən hərbi ekspert vurğulayıb ki, müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun hissə və bölmələri Ermənistanın təxribatlarına kifayət qədər tutarlı və adekvat cavablar verməklə düşmənin ərazilərimizdən çıxardılması prosesini uğurla davam etdirir. Fikirlərinə davam edən Ədalət Verdiyev vurğulayıb: “Uğurlu döyüş əməliyyatlarında əldə olunan qələbələr sayəsində Azərbaycan Ordusu bütün sərhəd boyunca - ta Araz çayının sahilindən Murova qədər olan ərazilərdə kifayət qədər üstün və strateji mövqelərdə yerləşib. Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında da xüsusi olaraq diqqətə çatdırıb. Bu mövqelərin bir çoxu son erməni təxribatlarına cavab olaraq keçirilən əməliyyatlar nəticəsində düşməndən tamamilə təmizlənib. Xatırladıram ki, sentyabrın 12-dən 13-nə keçən gecə cəmi 7 saat davam edən döyüşlərin nəticəsində Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin bölmələri Zəngilandan başlayaraq Laçından və Kəlbəcərdən ta Daşkəsənə qədər olan ərazilərdə 74 düşmən mövqeyini və 11 strateji yüksəkliyi azad edib. Hazırda Silahlı Qüvvələrimizin hissə və bölmələri düşmənin bütün manevrlərini, yerdəyişmələrini izləmək və təxribatlarına adekvat cavab vermək üçün kifayət qədər üstün mövqelərdə yerləşib. Onu da nəzərə alaq ki, azad olunan ərazilərin mütləq hündürlüyü 2800-3000 metr arasında dəyişir. Əməliyyatlar da gecə saat 12-dən səhər saat 7-dək davam edib. Bu əməliyyatlar nəticəsində düşmən bir milyard manata yaxın dəyəri olan texnika itkisinə məruz qalıb və 400-dən çox canlı qüvvəsini itirib. Eyni zamanda, qarşı tərəfin çoxlu sayda texnikası Azərbaycan Ordusu tərəfindən qənimət olaraq götürülüb. Bütün bu sadalananları nəzərə alsaq, biz Ordumuzun Ermənistanın hərbi birləşmələrindən nə qədər peşəkar və üstün imkanlara malik olduğunu açıq bir şəkildə görə bilərik. Azərbaycan hazırda onilliklər boyu nəzarət edə bilmədiyimiz tarixi torpaqlarına nəzarət edir. Biz Müzəffər Ali Baş Komandanın, qəhrəman Ordumuzun və xalqımızın dəstəyi sayəsində artıq əməliyyatların istiqamətini Ağdam, Tərtər, Goranboy və ya Horadizdən tarixi torpaqlarımız istiqamətinə dəyişə bilmişik. Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin möhkəmləndiyi mövqelər düşmənin əhəmiyyətli kommunikasiya xətlərinə, təminat və təchizat yollarına nəzarət etməyə imkan verir. Hazırda Silahlı Qüvvələrimiz yeni mövqelərində müdafiə və atəş sistemləri yaratmaqla məşğuldur. Bölmələrimizin mövqelərinə yollar çəkilir, həmin mövqelər mühəndis baxımından daha da möhkəmləndirilir və gələcəkdə düşmən təx?ibatlarının qarşısının alınması üçün zəruri olan bütün fəaliyyətlər tam həcmdə yerinə yetirilməkdə davam etdirilir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

