Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşü...
01.09.2022 [10:17]
Brüsseldə keçiriləcək görüş nəticə verəcəkmi?
Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, o cümlədən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib. Görüşdə tərəflər təşkilati və prosedur məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.
Nardar BAYRAMLI
Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşünün keçiriləcəyi yer məlum olub. Belə ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın başçılıq etdiyi komissiyanın növbəti görüşünün Belçikanın paytaxtı Brüsseldə keçirilməsi haqqında məlumat yayılıb. Görüşün bir ay ərzində keçirilməsi nəzərdə tutulur.
Avropa İttifaqının paytaxtı hesab olunan Brüssel görüşü iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinə necə töhfə verə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ciddi səylər göstərir. Sözügedən komissiyanın formalaşması da Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra formalaşıb. Amma politoloq hesab edir ki, son proseslərdə fərqli formatların mövcudluğunu sübut etmək üçün cəhd göstərən dairələr də var: “Məsələn, ABŞ yenə də ATƏT-in faydasız Minsk qrupunun reanimasiyası cəhdlərini həyata keçirir. Bu yöndə müxtəlif mesajlar verilir, yeni həmsədr təyin edilir və s. Bütün bunlar sülhə gedən yolu poza bilər. ABŞ öz maraqlarının zədələdiyinin fərqində olmalıdır. Rəsmi Vaşinqton Azərbaycanla münasibətlərdə ölkəmizin yaratdığı yeni reallıqları nəzərə almaqla bölgədə mövqelərini möhkəmləndirə bilər. Bütövlükdə isə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda sülh və təhlükəsizlik prosesinə təsir edə biləcək birbaşa mexanizmləri yoxdur. Əvvəllər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə səylər var idi, amma bu səylər özünü doğrultmadı”.
Hazırda Avropa İttifaqından kifayət qədər fərqli mesajlar verildiyini deyən Y.Hacıyevanın fikrincə, 10 noyabr üçtərəfli bəyanatı tək formatdır ki, bu format böyük sülhə gedən yolda mövcud aralıq mərhələni tənzimləyir. Bu aralıq mərhələnin tənzimlənməsindən kənarda verilən qərarlar, razılaşmalar və atılan addımlar bundan sonrakı mərhələdə böyük sülhün əldə olunması üçün şərtləri formalaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlər də üçtərəfli razılaşmadan doğan öhdəlik və məsuliyyətin həyata keçirilməsində bir operator rolunu oynayır.
Həmsöhbətimiz qeyd edib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin əsasında da üçtərəfli razılaşma dayanır. Avropa İttifaqının vasitəçiliyi ilə proses daha da sürətlənə bilər. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun razılaşmalarının həyata keçirilməsi ilə bağlı Avropa İttifaqının operator kimi görəcəyi işlər var. Bu humanitar işlərdən başqa, delimitasiya və demarkasiya prosesinə də faydalı ola bilər. Digər tərəfdən, Azərbaycanla Ermənistanın bütün müstəvilərdə birbaşa təmasda olması daha vacibdir. Çünki üçüncü qüvvələrin təsirləri normallaşma prosesinin mürəkkəbləşməsində öz sözünü deyir. “Məsələ ondadır ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro kredit və qrant verməyi nəzərdə tutur. Bu vəsaitin böyük hissəsi qrantdır, yəni geri qaytarılmayan maliyyədir. Bu maliyyənin Ermənistana verilməsi ilə rəsmi İrəvanın atmalı olduğu addımların icrasına məcbur edə bilər, bununla da 44 günlük Vətən müharibəsindən sonra mövcud şərtlər altında öz mövqelərini möhkəmləndirəcək. Avropa İttifaqının bu yöndə vasitəçiliyi faydalı ola bilər”,-deyən politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti toplantısının Brüsseldə keçirilməsi bu baxımdan əhəmiyyətli olacaq. Y.Hacıyeva söyləyib ki, ümumilikdə Avropa İttifaqı humanitar məsələlər, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərində nəticəyə yönəlmiş addımlar atmaqla bölgədə öz mövqelərini möhkəmləndirə bilər.
Amma politoloq hesab edir ki, bütün hallarda və mövcud şərtlərdə Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə Cənubi Qafqazda yeni mənzərənin formalaşmasında vacib rol oynayır. Bu dörd ölkə sülhə gedən yolda əsas oyunçulardır. Bu oyunçuların razılaşmaları regionda sülh və sabitlik üçün ciddi zəmin yaradır.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

