Qazaxın 7 kəndi geri qaytarılacaq
19.08.2022 [10:02]
Bu məsələ delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq
SADİQ
Qazax rayonunun erməni işğalı altında olan 7 kəndi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov 16 avqustda keçirilən mətbuat konfransında qeyd edib ki, Qazağın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir. Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.
Ümumiyyətlə, bu məsələnin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz həllini tapacağı hər zaman vurğulanır.
Bir müddət öncə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdi ki, Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. XİN rəsmisi qeyd etmişdi ki, bu ərazilər Azərbaycan ərazisidir: “Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq”.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın anklav əraziləridir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, bu məsələ ilə bağlı zaman-zaman müzakirələr açılır. Qazaxın kəndlərinin azad edilməsi məsələsinin mexanizmləri haqqında danışan millət vəkili vurğulayıb ki, bu, yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən sonra öz həllini tapa bilər: “Bu mövzuda Ermənistanın da iddiaları var. Sülh danışıqları prosesində, sərhədlərin delimitasiya və demarkasiyası zamanı bütün bunlara aydınlıq gətiriləcək. DSX rəsmisinin də bildirdiyi kimi, onlar komissiyanın fəaliyyətində iştirak edirlər. Ümumiyyətlə, dünya praktikasında delimitasiya prosesində nümayəndə heyətlərinin geniş tərkibdə olması nəzərdə tutulur. Orada müxtəlif strukturların nümayəndələri iştirak edirlər. Həmin proses çox vaxt tələb edən işdir. Bu mənada, delimitasiya uzunmüddətli prosesdir və Ermənistanla da bu proses müəyyən vaxt tələb edəcək. Tez bir zamanda nəticələri gözləmək düzgün olmaz”.
Millət vəkilinin fikrincə, Ermənistan yaxın zamanda sülh danışıqları prosesinin reallaşmasına şərait yaradacağı təqdirdə bütün suallar, o cümlədən bu məsələyə də aydınlıq gətiriləcək. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. O cümlədən də, anklav ərazilərimizlə bağlı müəmmalar öz həllini tapmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

