Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu da sübut!

Bu da sübut!

18.08.2022 [10:29]

Ermənistan beynəlxalq məhkəməyə verilməlidir

“Qisas” əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçən Laçın rayonunun şərq hissəsindəki, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-i bir gün ərzində minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Qeyd edək ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Ermənilərin Azərbaycan ərazilərində minalar basdırması istər beynəlxalq hüquqa, istərsə də müharibə qanunlarına ziddir. Çünki üçtərəfli razılaşma ilə artıq münaqişə sona yetib. Müharibədən bir il sonra istehsal olunan minaların ərazilərimizə basdırılması isə yenə də erməni təxribatlarının davam etməsindən xəbər verir.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, bu hadisə bir daha erməni xislətinin iç üzünü açmış oldu. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra kapitulyasiya imzalayan və məğlub olduğunu rəsmi şəkildə bəyan edən Ermənistan bu kimi addımlarla beynəlxalq konvensiyaları pozur. Millət vəkilinin fikrincə, Ermənistanın apardığı siyasət yenə də zorakılığa əsaslanır: “Nəzərə almalıyıq ki, Sarıbaba yüksəkliyi Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi “Qisas” əməliyyatının ardından bizim nəzarətimizə keçib. Belə olan halda, həmin minaların müharibədən sonrakı dövrdə basdırıldığı ortaya çıxır. Minaların istehsal tarixi də cəmisi bir il öncəyə dayanır. Demək ki, Azərbaycanın humanistliyindən istifadə edən Ermənistan yenə də öz mənfur hərəkətlərini davam etdirib. Bu, beynəlxalq hüquqa, üçtərəfli bəyanata ziddir. 10 noyabr razılaşmasına əsasən, Azərbaycan torpaqlarında erməni silahlı birləşmələri qalmamalıdır. Amma Ermənistan üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməməklə yanaşı, yenə də təxribatlara əl atır. Bu yolverilməzdir”.

Bu gün Azərbaycanın regionun gələcək inkişafı ilə bağlı layihələr hazırladığını diqqətə çatdıran millət vəkili onu da vurğulayıb ki, ermənilərin işğaldan azad edilmiş regionlarımızda törətdikləri birmənalı şəkildə terror hadisələridir. “Hələ müharibədən sonrakı dövrdə Ağdama, Fizuliyə və digər bölgələrimizə basdırılan minaların xəritələrini verməkdən boyun qaçırdılar. Sonrakı mərhələdə bu xəritələr əldə olunsa da, tam şəkildə həmin minaların basdırıldığı əraziləri əhatə etmirdi. Ardından üçtərəfli razılaşmaya əsasən boşaltdıqları rayonlarda yanğınlar törədir, ekologiyaya böyük ziyan vurur, vəhşiliklər edirdilər. İndi də Laçın şəhərini və Zabux, Sus kəndlərini boşaldan ermənilər analoji addımları ilə yadda qalırlar. Bunlara qarşı mütləq şəkildə tədbirlər görülməlidir. Ermənistan anlamalıdır ki, etdiyi bütün əməllərin cavabını verəcək”, - deyə R.Həsən əlavə edib.

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, həm Vətən müharibəsi dövründə, həm də sonrakı mərhələdə geri çəkilən zaman erməni ordusu işğaldan azad edilmiş ərazilərimizin minalanması prosesini həyata keçirir. Azərbaycan iki ildir ki, bu minalanma prosesindən əziyyət çəkir və azad edilmiş regionlarda minalardan zərər çəkən, həyatını itirən insanların sayı onlarladır: “Bundan öncə digər bölgələrimizdə bu halların şahidi olmuşduq. İndiki halda isə Laçın rayonu istiqamətində, Sarıbaba yüksəkliyi ərazisində bu tip minalanmaya rast gəlirik. Ermənilərin bu addımları regionda humanitar gərginliyin yaranmasına hesablanmış addımlardır. Daha doğrusu, Ermənistan bu kimi addımlarla Azərbaycana qarşı soyqırımı və terror siyasətini davam etdirir. Bu siyasətin davam etməsinin səbəblərindən ən başlıcası isə Ermənistanın cəzasız qalmasıdır. Bu ölkənin etdiyi əməllərin qarşılığında bu günə qədər hər hansı bir sanksiya həyata keçirilməyib, tədbir görülməyib. Baş verənlərlə bağlı heç bir humanitar beynəlxalq təşkilat öz reaksiyasını bildirməyib. Sarıbabada aşkarlanan minaların yeni olması isə onu deməyə əsas verir ki, Ermənistan bu minalanmanı son iki il ərzində həyata keçirib. Ermənistan bu kimi əməllərinə, Azərbaycanın ərazilərini minaladığına görə məhkəməyə verilməlidir. Bu məsələyə beynəlxalq hüquq müstəvisində qiymət tələb olunmalıdır. Əks təqdirdə biz bu kimi halların şahidi olmaqda davam edəcəyik”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31