Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə - Ermənistan danışıqlarının növbəti raundu...

Türkiyə - Ermənistan danışıqlarının növbəti raundu...

13.08.2022 [10:21]

Ermənistan şərtlərə əməl edərsə, Qars tarixi razılaşmaya şahidlik edə bilər

P.İSMAYILOV

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üzrə prosesdə xüsusi nümayəndə qismində yer alan Sərdar Kılıç və Ruben Rubinyan növbəti dəfə görüşəcək. Görüşün tarixi dəqiq bəlli olmasa da, ünvanın dəyişəcəyi bəllidir. Tərəflərin münasibətlərinə bu dəfə Vyanada deyil, Qarsda aydınlıq gələ bilər. Görüş sentyabra planlaşdırılır. Bu barədə Türkiyənin “Ulusal” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, danışıqlarda iki ölkənin xarici işlər, ticarət və nəqliyyat qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. “Ulusal” TV-nin istinad etdiyi XİN-dəki yüksəkvəzifəli diplomatik mənbənin sözlərinə görə, Türkiyə tərəfi artıq Ermənistanla həmsərhəd ərazilərə baxış keçirib. Onlar xüsusilə iki ölkəni birləşdirən Əlican körpüsü və yolun təmirinin zəruriliyinə diqqət yetiriblər. Türkiyədə hesab edirlər ki, sərhəd açılandan sonra Ermənistan vətəndaşları sərhəd rayonlarına böyük maraq göstərəcək. Qeyd olunur ki, hətta bəzi yerli sakinlər bunu nəzərə alaraq, Ermənistandan gələcək qonaqlara xidmət üçün evlərini hotel tipində yenidən qurmağa başlayıb.

Qeyd edək ki, “A Haber” telekanalı bu gün Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomata istinadən Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabrda keçiriləcəyi barədə xəbər yayıb. Mənbə bildirib ki, Ankara görüşün üçüncü ölkədə keçirilməsinin tərəfdarı deyil. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan isə növbəti görüşün keçiriləcəyinə dair tərəflər arasında hələlik razılaşma olmadığını açıqlayıb. Bu günə qədər səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında 4 görüş olub. Nümayəndələr arasındakı görüşlərin birincisi yanvarın 14-də Moskvada, digər üç - fevralın 24-də, mayın 3-də və iyulun 1-də baş tutan görüşlər isə Avsriyanın paytaxtı Vyanada reallaşıb. Sonuncu görüşdə tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəlmişdilər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilmişdi.

Təbii ki, istər münasibətlərin normallaşması, istərsə də hansısa razılıqların əldə olunması prosesi Azərbaycanla qarşılıqlı məsləhətləşmələr fonunda aparılır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Bir neçə gün öncə Ankarada keçirilən “Səfirlər konransı”nda çıxış edən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər: “Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!”

Bu fikirlər, həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin təsdiqidir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır. Adıçəkilən konfransda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, sülh nitqləri ilə dünyada sülh bərqərar oluna bilməz. Meydanda güclü olmadan, masa arxasında qələbə əldə etməyin çətin olduğu da göz qabağındadır: “Təəssüf ki, Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti qarşısında beynəlxalq ictimaiyyət ciddi addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir itkilərinin acısı ilə yaşamağa məcbur olublar. 44 günlük mübarizə nəticəsində Qarabağ öz azadlığına qovuşdu və 30 illik işğala son qoyuldu. Biz bu tarixi fürsətin boşa getməməsi üçün çox çalışırıq. Qafqazda davamlı sülh yolunda mühüm nailiyyətlər əldə etmişik. Paşinyanla çox konstruktiv görüşümüz oldu. İnanıram ki, Ermənistan çağırışlara cavab verdikdə regionumuz qısa müddətdə sabitləşəcək”.

Yaranan tarixi fürsət Ermənistan üçün yeni perspektivlər yaradır. Regionda formalaşan Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək əsas istinad mənbəyidir. Bu baxımdan, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq Ermənistan üçün ən əsas şərtdir. Bunun üçün isə, rəsmi İrəvan işğalçılıq siyasətindən və özünün əsassız iddialarından geri çəkilməli, normal qonşuluq münasibətləri yürütməli, regiona təhdid yaratmamalıdır.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30