Cənubi Qafqazın lideri olan Azərbaycan son illər ərzində çox sürətlə inkişaf etməkdədir
23.12.2010 [10:18]
Dekabr ayının 19-dan 23-dək Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Doğu Akdeniz Universitetinin Beynəlxalq münasibətlər bölməsinin İdarəetmə və İqtisadiyyat fakültəsinin müəllimi dosent Ahmet Sözen Türkiyənin xarici siyasəti, Kipr problemi ilə əlaqədar araşdırmalar aparan tədqiqatçı kimi tanınır. O, bu sahədə bir neçə kitab yazıb və beynəlxalq jurnallarda məqalələr dərc etdirib.
Redaksiyamızın qonağı olan dosent Ahmet Sözen, həmçinin, vurğulayıb ki, Türkiyənin xarici siyasəti, Kipr problemi ilə əlaqədar ŞKTC, Türkiyə və bir çox xarici ölkələrin televiziya kanallarında çıxış edir, qəzetlərlə əməkdaşlıq qurur.
Dosent Ahmet Sözen deyib ki, onlar Azərbaycana 5 gün öncə gəliblər: “İlk öncə Azərbaycan Diplomatik Akademiyasında ali təhsilin Doktorontura pilləsi üzrə PHT proqramlarının təqdimatına qatıldıq, müəllimlər və tələbələrlə tanış olduq. Daha sonra Azərbaycan Dillər Universitetində Kipr məsələsi ilə əlaqədar olaraq konfrans təşkil etdik. Bunun ardınca isə Beynəlxalq NATO məktəbində, sonda isə Bakı Dövlət Universitetində konfrans keçirdik. Sabah (bu gün-red) isə İctimai TV və TRT Avaz kanalında proqramda iştirak edəcəm”.
Şimali Kipr Türk Cümhuriyyətinin təhsil sistemindən danışan Ahmet Sözen söyləyib ki, Şimali Kipr Türk Cümhuriyyəti bir növ “universitetlər ölkəsi”dir: “Belə ki, Şimali Kiprdə 6 universitet var və onların çoxunda qəbul edilmiş proqramlar ingilis dilində tədris edilir. Mənim də təmsil olunduğum Doğu Akdeniz Universiteti 6 universitet arasında ən böyük və qədim olanıdır. Orada 60 ölkədən olan15 min tələbə təhsil alır və 30 ölkədən olan müəllimlər fəaliyyət göstərir. Universitetdə iqtisadi elmlər, idarəetməyə aid müxtəlif sahələr mövcuddur. Eyni zamanda, Doğu Akdeniz Universitetində bir çox sahələrə aid magistratura və doktorantura proqramları da mövcuddur. Biz kifayət qədər keyfiyyətli təhsil veririk. Bütövlükdə Şimali Kiprdə 40 mindən çox tələbə təhsil almaqdadır. Bunların təqribən 500-ə qədəri azərbaycanlıdır. Doğu Akdeniz Universitetində isə 151 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələr şəxsi təşəbbüsləri ilə gəlirlər və universitet onlara təqaüd ayırır. Bu il azərbaycanlı tələbələr üçün 50 faizlik təqaüd ayrılmışdı və 600-dan yuxarı bal toplayan tələbələrə müddətli təqaüd verildi”.
Dosent Ahmet Sözen, eyni zamanda, Kipr problemi haqqında da danışıb: “Hazırda Kipr müzakirələri (danışıqları) davam edir. Gələn il yanvar ayının sonunda BMT baş katibi Pan Ki Mun hər iki lideri Cenevrədə toplantıya dəvət edib. Tərəflər arasında əhəmiyyətli məsələlərdə kifayət qədər fərqliliklər var. Buna görə də, BMT tövsiyə edir ki, bu problem “federasiya modeli” əsasında həll edilsin. Amma bu variantın reallaşacağı ehtimal olunmur. Xüsusilə də, rum tərəfi bir federasiya çərçivəsində türklərlə bərabər səviyyəli hüquqlar və səlahiyyətlər əsasında yaşamaq istəmirlər. Elə başlıca problem də budur. Onlar əhalinin sayına görə öndədirlər və buna görə, bütün Kipri idarə etmək iddiası ilə çıxış edirlər. Qarşı tərəf onu da iddia edir ki, kiprli türklər etnik azlıq kimi federasiyada yaşasınlar. Məhz buna görə də ortaq razılaşma əldə edilə bilinmir. Amma Cenevrə toplantısında rum tərəfi ortaq məxrəcə gəlməsə, düşünürəm ki, alternativ həll variantı - adada iki ayrı dövlətin meydana gəlməsi məsələsi gündəmə gələcək. Mən buna “Kosovalaşma” deyirəm. Necə ki, Kosova BMT-nin üzvü deyil. Şimali Kipr Türk Cümhuriyyəti də BMT-yə üzv ola bilməyəcək, amma, bəlkə, bəzi ölkələr onun müstəqilliyini tanıyacaq. 2004-cü ildə “Annan planı” rədd edildiyi zaman BMT baş katibi bəyanatla çıxış edərək bildirdi ki, bu planı qəbul etdiklərinə görə, kiprli türklər və Türkiyənin mövqeyi təqdir edilməlidir. Amma rum tərəfi bu planı qəbul etmədi. Onların əhalisinin 76 faizi bu plana “yox” dedi. Amma dünya ictimaiyyəti bir daha tərəflərə şans vermək istəyir”.
ölkəmizin inkişafı ilə bağlı fikirlərini də söyləyən dosent Ahmet Sözen deyib ki, Cənubi Qafqazın lideri olan Azərbaycan son illər ərzində çox sürətlə inkişaf etməkdədir. “Bu inkişafın təzahürünü isə Bakının simasında görmək olar” - deyə, o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

