Milli Məclisin növbəti iclası keçirilib
22.12.2010 [09:31]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda Avropa Parlamentinin polşalı deputatı Tomaş Porebanın Ermənistana səfəri çərçivəsində qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə - Dağlıq Qarabağa getməsi məsələsi müzakirə olunub. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Tomaş Porebanın Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu səfəri həm Avropa Parlamentinin siyasətinə ziddir, həm də Azərbaycan qanunlarına hörmətsizlik kimi qiymətləndirilməlidir. “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqaz bölgəsindəki münaqişələrlə bağlı sənədlər qəbul edir. Həmin sənədlərdə ölkəmizin ərazisinin bir hissəsinin işğal olunduğu bildirilib. Amma buna baxmayaraq, təşkilatın üzvü Tomaş Poreba heç kimlə razılaşdırılmadan Ermənistandan Dağlıq Qarabağa səfər edib. O, bu səfəri ilə öz səviyyəsizliyini göstərib” - deyə, O.Əsədov qeyd edib. O.Əsədov bildirib ki, belə səfərlər münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərir. Spiker bu məsələ ilə bağlı Avropa Parlamentinin prezidentinə etiraz məktubu göndərəcəyini bildirib. Milli Məclisin sədri qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir: “Heç bir kəsin, o cümlədən, beynəlxalq təşkilatların Azərbaycanın hüquqlarını pozmağa ixtiyarları yoxdur”.
Spiker məsələ ilə bağlı parlamentin müvafiq komitələrinə Avropa Parlamentinə etiraz məktubunun göndərilməsi tapşırığının verildiyini də deyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O xatırladıb ki, bu ilin may ayında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə də Azərbaycanın ərazi bütövlüyü tanınıb: “Təəssüflər olsun ki, bu şəxs Avropa Parlamentinin tapşırığını yerinə yetirmək əvəzinə, Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağa gedib, separatçılarla görüşüb. Onun Qarabağa gedib separatçılarla görüşməsi mədəniyyətsizlikdir. Həmin şəxsin hərəkəti Avropa İttifaqının siyasətinə də ziddir”.
Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov isə bildirib ki, Avropa Parlamentinin Dağlıq Qarabağ məsələsi ilə əlaqədar qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü müdafiə olunur. Onun sözlərinə görə, Avropa İttifaqının bütün nümayəndələri dünyanın istənilən nöqtəsində təmsil etdikləri qurumun qəbul etdiyi qətnamələrin prinsiplərinə riayət etməlidir. Ə.Hüseynov deyib ki, Avropa Parlamentinin məruzəçisi Tomaş Poreba Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə zidd olaraq Dağlıq Qarabağa səfər edib: “Buna görə də, biz qrupumuzun yanvardakı toplantısında bu məsələyə toxunacağıq və onun mənsub olduğu Polşa dövlətinə öz müraciətimizi ünvanlayacağıq”.
Onun sözlərinə görə, 2011-ci ilin əvvəlində qrupun Brüsseldə geniş tədbiri keçiriləcək.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov isə çıxışında bildirib ki, Avropa Parlamentinin nümayəndəsinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsi və orada müəyyən bəyanatlar səsləndirməsi ölkəmizin ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanıb. Azərbaycan parlamentinin də məsələyə operativ şəkildə reaksiyası təqdirəlayiq haldır. Əli Əhmədov qeyd edib ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən təşkilata göndəriləcək məktubda Avropa Parlamentinin prezidentinin özünün mövqeyi ilə əlaqədar münasibətin açıqlanması məsələsi ortaya qoyulmalıdır. “Bir müddət bundan əvvəl qurumun prezident Eji Buzek keçmiş SSRİ ərazisindəki həll olunmamış münaqişələrə münasibətini bildirərkən Gürcüstanın, Moldovanın ərazi bütövlüyünün təmin edilməsi şərtləri ilə həmin münaqişələrin nizamlanmasını vacib hesab edib. O, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini isə çox şübhəli formada ədalətli şəkildə həll olunmasını məqsədəuyğun hesab etmişdi. Yəni, bilmək istəyirik ki, o, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəbul edir, yoxsa etmir? Məktubda bu məqam əksini tapmalıdır. Əks halda, Avropa Parlamentinin rəhbəri tamam başqa mövqe ortaya qoyursa, onun rəhbərlik etdiyi qurumun bir nümayəndəsinin bu cür mövqeyi o qədər də qəribə səslənməz” - deyə, o, qeyd edib. YAP Sədrinin müavini deyib ki, Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir və bu əraziyə səfər etmək qaydaları da müəyyənləşdirilməlidir.
“Hesab edirəm ki, Azərbaycan parlamenti bu məqsədlə hansısa bir formada müəyyən iş aparmalıdır. Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul oluna bilər və həmin torpaqların işğal olunmuş ərazilər kimi hüquqi statusu müəyyənləşdirilər. Bu ərazilərə beynəlxalq təşkilatların nümayəndələrinin hansı forma və qaydalar əsasında səfər etməsi də bu qanun çərçivəsində müəyyən qədər özünün əksini tapa bilər. Bundan sonra isə, Azərbaycan parlamenti və hökumətinin bu qaydaları pozaraq həmin ərazilərə gələn insanlara qarşı sanksiyalar tətbiq etmək üçün bu qanundan hüquqi baza kimi istifadə etməsi mümkündür” - deyə, Əli Əhmədov vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev də işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunun vacibliyini vurğulayıb. Gürcüstanda belə bir sənədin qəbul olunduğunu deyən millət vəkili həmin ölkənin təcrübəsindən istifadənin mümkünlüyünü qeyd edib.
Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, bu məsələ ilə bağlı bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri fəal iş aparmalıdır: “Biz ATƏT-in mandatının və bu mandata daxil olan səlahiyyətlərin başqaları tərəfindən mənimsənilməsinə öz münasibətimizi bildirməliyik. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və hüquqlarına qarşı yönəlmiş cəhdlərin qarşısını qətiyyətlə almalıyıq”.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Avropa Parlamentinə etiraz məsələsində diaspor təşkilatları və QHT-lər də fəal olmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

