Çavuşoğludan Ermənistana xəbərdarlıq: “Sözlər artıq yetərli deyil”
26.07.2022 [10:23]
N.BAYRAMLI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə “Anadolu” agentliyinə verdiyi müsahibədə Ermənistanı razılaşmalara əməl etmədiyi üçün tənqid edib. O deyib ki, rəsmi Ankara hələ ki, İrəvandan konkret addımlar görmür. M.Çavuşoğlu İrəvandan fərqli olaraq, Ankara və Bakının öz niyyətlərində səmimi olduğunu nəzərə çatdıraraq bildirib ki, Ermənistan nə qədər səmimi olduğunu praktikada göstərməlidir. Amma ortada hələ ki, yalnız quru mesaj və bəyanatlar var. “Biz konkret addımları hələ görməmişik. Başqa layihələrdə, o cümlədən Zəngəzur layihəsində, yaxud hərtərəfli sülh sazişi məsələsində də addımlar görməmişik. Ermənistan hakimiyyəti, Nikol Paşinyan hökuməti bu məsələlərdə sülh üçün müsbət addımlar atmalıdır. Sözlər artıq yetərli deyil”, -deyən Türkiyənin xarici işlər naziri əlavə edib ki, rəsmi Ankara Azərbaycanla koordinasiyalı şəkildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini həyata keçirir. Onun fikrincə, regionda atılacaq addımlar hamının xeyrinədir.
Politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirləri tamamilə həqiqəti əks etdirir. Çünki Ermənistan tərəfi 10 noyabr razılaşmalarında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Onun sözlərinə görə, rəsmi İrəvanın addımları regionun gələcəyi baxımından vahid mövqenin formalaşmasına mənfi təsir göstərir. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar kontekstində Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlverişli zəmin yarandı. “Biz Azərbaycan və Türkiyə olaraq sülh çağırışları ilə çıxış edirik. Artıq Ermənistanın həm Türkiyə, həm də Azərbaycana qarşı ərazi iddialarına son qoyaraq münasibətləri yeni səhifədən başlaması üçün bir sıra önəmli mesajlar verilib. Və bu mesajların kökündə regionda təhlükəsizliyin gücləndirilməsi, birgəyaşayışın təşviq olunması, düşmənçilik, nifrət meyillərinin aradan qaldırılması ilə bağlı prioritetlər dayanır. Eləcə də, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün addımlar atılır. Ümidlər var idi ki, erməni tərəfi xoşməramlı təşəbbüslərə adekvat cavab verəcək. Lakin Ermənistan hakimiyyəti münasibətlərdə dürüstlük nümayiş etdirmir, verdiyi vədlərə əməl etmir, razılaşmaların üstündən xətt çəkir”, -deyən politoloq qeyd edib ki, rəsmi İrəvan eyni münasibəti Azərbaycana da göstərir. Belə ki, ölkəmiz sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrin bərpası, eləcə də sülh müqaviləsinin imzalanması haqda önəmli təşəbbüslər irəli sürsə də, erməni tərəfi bu təşəbbüslərə qoş?lmaqdan b?yun qaçırır. Eyni zamanda, gərginliyin artırılmasına xidmət edən təxribatlar törədir, sərhəddə mövqelərimizə atəş açır.
Rəsmi İrəvanın Avropa İttifaqının və Rusiyanın vasitəçilik təşəbbüslərindən vaxt udmağa çalışdığını deyən İ.Hüseynov qeyd edib ki, Paşinyan hakimiyyəti razılaşmaların əməl olunmamasına görə Azərbaycanı günahkar göstərmək istəyir: “Bu, yolverilməzdir. Azərbaycan Ermənistana 5 maddəlik sülh sazişi imzalamağı təklif edib, qarşı tərəf isə bunu qəbul edib. Əfsuslar olsun ki, Paşinyan hakimiyyəti siyasi gündəlikdən çıxmış məsələlərə qayıdır, ATƏT-in Minsk qrupu və “status” məsələsinə qayıdaraq öz mövqeyində qeyri-müəyyənlik göstərir. Qəbul olunmayan bu yanaşma sonda prosesin uzanmasına gətirib çıxarır. Ermənistan həm də, təxribatçı addımları ilə təhlükəsizliyi sabotaj edir”.
Politoloqun fikrincə, bütün proseslər Türkiyə tərəfindən diqqətlə izlənilir. Belə ki, iki qardaş ölkənin xarici siyasətində uyğunluq var, davamlı olaraq məsləhətləşmələr aparılır. İki ölkənin regionun gələcəyi ilə bağlı vahid mövqeyinin olması regional təhlükəsizlik baxımından da çox önəmlidir. Çünki rəsmi Ankara və Bakı “3+3” plat?ormasından çıxış edərək regional sabitliyin təmin olunmasına çalışır. İ.Hüseynov hesab edir ki, Ermənistan nə qədər çalışsa da, bu təhlükəsizlik konsepsiyasından kənara çıxa bilməyəcək: “Çünki rəsmi İrəvanın yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir. Bunu nə qədər tez anlasalar və addımlar atsalar, erməni xalqı üçün daha yaxşı olacaq. Doğrudur, kənarda olan lobbilər və diaspor da Azərbaycan və Türkiyəyə qarşı çıxır, burada öz təsir imkanlarından istifadə edərək düşmənçiliyi təşviq edirlər. Qarabağ klanı daxil olmaqla, Ermənistan müxalifəti də rəsmi siyasətə qarşı fəaliyyət göstərir, Paşinyan hökumətini satqınlıqda ittiham edirlər. Bu da elektorata təsir edir. Amma bu variant Ermənistanın çıxış yolu deyil”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

