Brüssel-Bakı xəttində yeni saziş...
20.07.2022 [10:35]
Sənəd Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına mühüm töhfə olacaq
N.BAYRAMLI
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən etibarən müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməklə Azərbaycanın Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi bütün qlobal güclərin regiona istiqamətlənmiş siyasətinə düzəlişlər edilməsi zərurətini ortaya qoydu. Avropa İttifaqı isə buna daha çox ehtiyac duyur. Cənubi Qafqazda bundan sonrakı proseslərdə isə regionun lideri Azərbaycanla hesablaşmaq lazım gəlir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Bu, qarşılıqlı münasibətlərdə Azərbaycan faktoruna daha böyük diqqət göstərilməsini tələb edir. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra da vurğulayıb ki, rəsmi Bakı Aİ ilə yeni sazişin imzalanmasına önəm verir. Yəni qalib Azərbaycan Avropa İttifaqını mühüm tərəfdaş sayır və onunla əlaqələri inkişaf etdirmək niyyətindədir.
Yeri gəlmişkən, iyulun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik: “Ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaq”.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də deyib ki, yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq: “Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Eyni zamanda, sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir”.
Yeni saziş tərəflər üçün nə vəd edir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, hazırda yeni əməkdaşlıq platformasında Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətində olması vacib yer tutur. Digər tərəfdən, tərəflər iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə fəal əməkdaşlıq edir. Politoloq deyib ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamağı da önəmli məqamlardan biridir.
Tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndiyini deyən Y.Hacıyeva qeyd edib ki, Avropa Komissiyasının rəhbərinin iyulun 18-də ölkəmizə səfəri çərçivəsində Anlaşma Memorandumun imzalanması da bu reallığı təsdiqləyir. Bu, enerji sahəsində ölkəmizlə Avropa İttifaqı arasında imzalanan üçüncü sənəddir. Hazırda müzakirəsi davam edən yeni sazişin də əhatə dairəsi kifayət qədər genişdir. Politoloq hesab edir ki, yeni saziş əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək: “Azərbaycan öz mövqeyi ilə nümayiş etdirir ki, müstəqil dövlətdir və qlobal səviyyədə heç bir gücün təsiri altında deyilik. Necə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu sahədə ölkəmiz Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Təşkilat ölkəmizin vasitəsilə digər coğrafiyalara da koridor əldə edir. Bu, strateji tərəfdaşlığın göstəricisidir. Artıq Azərbaycan enerji sahəsində qlobal səviyyədə oyunçu olduğunu təsdiqləyib. Yeni saziş isə əməkdaşlığımızı daha da gücləndirməyə xidmət edəcək. Bu, xalqımızın və dövlətimizin gələcəyi üçün çox önəmlidir. İndi atılan təməllər gələcək nəsillərimiz üçün çox perspektivli olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

