Laçın niyə boşaldılmır?
16.07.2022 [09:57]
Ermənistanın təxribat cəhdləri...
Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bütün dünya dövlətləri bunu qəbul edir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan yüksək səviyyəli abadlıq-quruculuq işlərinin nəticəsi olaraq artıq Böyük Qayıdışın reallaşması prosesi heç də uzaqda deyil. Həmin ərazilərdə vətəndaşlarımız üçün hər bir şərait yaradılır, infrastruktur layihələri həyata keçirilir.
Azərbaycanın regionda mövcud olan hazırkı mövqeyini, şəhər və rayonlarda həyata keçirdiyi tikinti-quruculuq işlərini qəbul etmək Ermənistan tərəfi üçün bir o qədər də asan deyil. Qarşı tərəf həmişə olduğu kimi, bu gün də destruktiv yanaşma sərgiləyir. Lakin Paşinyan hakimiyyəti unutmamalıdır ki, üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməməsi, hansısa fərqli addımların atılması Ermənistana baha başa gələ bilər. Ərazilərimizdə atılan bütün addımlar Azərbaycanla razılaşdırılmalıdır.
Azərbaycan Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əks olunan bütün öhdəliklərin icrasını yüksək səviyyədə həyata keçirməkdədir. Üçtərəfli sazişin əsas müddəalarından biri də 3 il ərzində Laçın şəhərindən yan keçmək üçün yeni yolun çəkilişi, inzibati mərkəzin isə Azərbaycanın nəzarətinə qaytarılmasıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni yolun Azərbaycan ərazisindən keçən 32 kilometrlik hissəsinin tikintisi başa çatmaq üzrədir. Bu yol Laçın şəhəri ətrafında tikilir və Xocalı inzibati rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçir və sonra Şuşa-Xankəndi yolu ilə birləşəcək.
Xüsusilə xatırlatmaq yerinə düşər ki, Ermənistan hələ də öz hissəsinin tikintisinə başlamayıb. Ermənistan KİV-lərində yayılan məlumatlarda bildirilir ki, Azərbaycan tərəfi Laçın şəhərindən yan keçən yeni yolun Ermənistan hissəsinin tikintisini də öz üzərinə götürmək istəyib, lakin Paşinyan Ermənistanda etirazlara səbəb olmamaq üçün bu təşəbbüsü dəstəkləməyib. Yəni Azərbaycan tərəfi Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhərinin tezliklə azad edilməsinə çalışır və bu məqsədlə tikinti işlərini sürətləndirir. Bunu dəhliz boyu ərazilərdə yaşayan erməni əhalisi də təsdiqləyir. Ermənistan tərəfi yolun öz ərazisindən keçən hissəsinin tikintisini mümkün qədər ləngitməyə çalışır.
Məlumat üçün bildirək ki, hazırda Laçında qanunsuz köçürülmüş 50 erməni ailəsi yaşayır. Gələcəkdə həmin ailələrin Qarabağa yox, Ermənistana köçürüləcəyi ehtimal edilir. Çünki Laçını tərk edəcək ermənilər özləri məhz Ermənistana köçməyə meyillidirlər. Baş verənlərin fonunda Ermənistanın millət vəkili Tiqran Abramyan öz açıqlaması ilə diqqət çəkib. T.Abramyan bildirib ki, Laçından sonra Xankəndi də Azərbaycanın tərkibinə keçəcək: “Ermənistan hökuməti bütün Qarabağı, Xankəndi də daxil olmaqla, Azərbaycanın tərkibində görür və bu faktı artıq heç cür dəyişə bilmərik. Ermənistan rəhbərliyi bütün Qarabağı Azərbaycanın tərkibində sayır və bununla bağlı artıq heç nə etmək olmaz”. Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Qaregin Çuqaszyan da qeyd edir ki, Qarabağın tam formada Azərbaycanın nəzarətinə keçməsinə bir şey qalmayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri Laçının verilməsindən sonra Ermənistanla Qarabağı birləşdirən infrastrukturlardan danışmırlar: “Yeni yolla qaz necə tədarük olunacaq? Bu o deməkdir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olub Azərbaycan manatı ilə satınalmalar həyata keçirəcək. Bütün bunları necə təsəvvür edirsiniz? Qarabağ əhalisini ya ərazini tərk etməyə, ya da özünü Azərbaycan vətəndaşı elan etməyə məcbur edəcəklər”.
Politoloqlar hesab edirlər ki, Ermənistan rəhbərliyinin hər vəcdlə üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməmək üçün göstərdiyi səylər heç bir nəticə verməyəcək. Siyasi şərhçilər qarşı tərəfin atdığı bənzər addımların onlar üçün baha başa gələcəyini də xüsusilə qeyd edirlər.
“Ermənistanın bu yaramaz əməllərini 30 ildən artıq müddətdə davam edən işğal dövründə gördük. Bütün danışıqlar prosesində onların törətdiyi təxribatların, çıxardıqları oyunların, vaxtı uzatmaq məqsədilə gətirdikləri bəhanələrin, törətdikləri əngəllərin şahidi olduq. Bu, birmənalı olaraq bizə onu deməyə əsas verir ki, ermənilər xoşluqla heç bir şeyi etməyiblər və etməyəcəklər”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. Onun sözlərinə görə, Ermənistan tərəfinə nəyisə icra etdirmək, başa salmaq üçün bir yol var, o da güc yoludur: “Başqa bir yol yoxdur. İndi artıq 44 günlük Vətən müharibəmizin başa çatmasından iki il ötməsinə az vaxt qalıb. 10 noyabr 2020-ci il tarixli üç dövlət arasında imzalanmış sənəd, ondan sonra həm Rusiya, həm Aİ-nin dəvəti ilə keçirilən görüşlər və orada olan razılaşmaların hansı birinə Ermənistan bu günə qədər əməl edib? Heç birinə. Yəni Ermənistanın nəyisə icra etməsi üçün onlara hökmən ya siyasi - hüquqi müstəvidə, ya da hərbi güc göstərilməlidir”.
Millət vəkili onu da xatırladıb ki, vasitəçilik missiyasını öhdəsinə götürmüş tərəflər də məsələlərin həlli istiqamətində işlər görməlidirlər: “Burada təkcə Ermənistan yox, əgər Aİ və yaxud vasitəçilik missiyasını öhdəsinə götürmüş digər tərəf, Rusiya Federasiyası istəmirsə ki, Azərbaycan yenidən güc tətbiq etmək yolu ilə separatçıları öz ərazilərindən çıxarsın, sülh sazişinin imzalanması istiqamətində işlər görsün, eyni zamanda, bu istiqamətdə nəzərdə tutulan digər məsələləri həll etsin, onda təkidli, qəti şəkildə Ermənistanın icra etməsi üçün məsələni ortaya qoymalıdırlar. Amma biz nə görürük? ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumlar 30 il ərzində gedən danışıqlarda Ermənistanın nazıyla necə oynayırdılarsa, bu gün də təxminən bənzər proses gedir.
“Yəni onların götürdükləri öhdəliklərin icrasına əməl etmələri üçün artıq yeganə bir yol qalır ki, Azərbaycan yenidən onları məcbur etsin, necə ki, sülhə məcbur etdi. Əks təqdirdə, onlar cürbəcür bəhanələrlə vəziyyətdən çıxaraq üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyəcəklər”, - deyə E.Məmmədov fikirlərinə yekun verib.
Nicat PAŞA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58

